adalet.az header logo
  • Bakı 7°C
16 Oktyabr 2018 16:40
18645
MƏDƏNİYYƏT
A- A+

“Aşıq Şəmşir bir nəslin, bir rayonun deyil, bütün Azərbaycanın dəyəri və qürurudur”

Bir müddət bundan öncə Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, Əməkdar İncəsənət xadimi Aşıq Şəmşirin 125 illiyinin dövlət tərəfindən yüksək səviyyədə qeyd edilməsi, ölkə miqyasında bununla bağlı çoxsaylı silislə tədbirlərin keçirilməsi bəzi qüvvələrin narahatlığına səbəb olub. Aşıq Şəmşirin mərhum prezident Heydər Əliyevə şeir həsr etməməsi, məclislərdə oxunan şeirin guya böyük ustada məxsus olmaması ilə bağlı səslənən fikirlər ictimai rəydə ciddi qınaq və narazılıqla qarşılanıb.

Moderator.az-a açıqlaamsında məsələyə münasibət bidlirən professor Qulu Məhərrəmli Aşıq Şəmşir zirvəsinə daş atmağın yanlış olduğunu, bu daşın heç bri halda o zirvəyə yetişməyəcəyini vurğulayıb:

"Mirzə Cəlil, Səməd Vurğun, Rəsul Rza kimi dəyərlərə dil uzadanların XX əsr şifahi xalq ədəbiyyatımızın görkəmli nümayəndəsi Aşıq Şəmşirə də hücum etmələri heç təəccüblü deyil.Təbii ki, bu hücumlar məqsədlidir, qərəzlidir, həm də əsassız və ədalətsizdir. Bir şeyi dəqiq bilmədən onu mübahisə predmetinə şevirmək, sübutsuz iddialar qaldırmaq alt niyyətlərdən xəbər verir. Mən ökənin ən vicdanlı folklorşünas alimlərindən olan professor Məhərrəm Qasımlının Aşıq Şəmşir haqqında fikirlərini oxudum və hesab edirəm ki, böyük sənətkarın yaradıcılığını dərindən araşdırmış bir tədqiqatçı kimi onun fikirləri çox qiymətlidir. Ona görə anlamaq lazımdır ki, Şəmşir kimi parlaq adlar heç bir ləkə götürmür. Mənim düşüncəmə görə, el ağsaqqalı və müqtədir sənətkar kimi tanınmış Aşıq Şəmşirin heç kimin müdafiəsinə ehtiyacı yoxdur. Dədə Şəmşir haqq aşığıdır, ona haqsız yerə hücum edənlər hansı günaha batdıqlarının fərqində olmalıdırlar. Bu adamlar dərk etməlidirlər ki, Aşıq Şəmşir bir ocağın, bir nəslin, bir rayonun deyil, bütün Azərbaycanın dəyəri və qürurudur. O, parlaq yaradıcılığı, şeirlərindəki Vətən sevgisinin vüsəti, xalq ruhunun bənzərsiz tərənnümü ilə klassik aşıq məktəbinin zirvəsində dayanan sənətkarlardan biridir. Biz bu zirvəni hədəfə götürüb daşlayanda atılan daşların hara düşəcəyini bilməliyik.