adalet.az header logo
  • Bakı 11°C
16 Oktyabr 2018 14:44
5918
GÜNDƏM
A- A+

MSK üzvlərinə diplomatik pasport verilə bilər

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinə diplomatik pasportların verilməsi barədə təklif araşdırılır.

Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Pasportlar haqqında” qanun layihəsinə dəyişiklik məsələsinin müzakirəsində deyib.

Komitə sədri qeyd edib ki, hazırda bu məsələyə baxılır: "Əgər təkliflər qəbul edilərsə, biz MSK üzvlərinə də diplomatik pasportlar verilməsi məsələsinə baxarıq”.