adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Oktyabr 2018 14:36
4818
GÜNDƏM
A- A+

Əflatun Amaşov: “Bu qanun layihəsinə dini xurafat anlayışı əlavə edilsin”

"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi yüksək səviyyədə və beynəlxalq qanunvericilik nəzərə alınmaqla hazırlanıb. Lakin mən qanun layihəsinə dini xurafat anlayışının əlavə edilməsinin təklif edərdim”.

Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bəzi ailələrdə uşaqlara əsasən də dini xurafatçılığa əsaslanan fikirlər aşılanır ki, bu da sonradan özünü zərərli şəkildə biruzə verə bilir.

Məktəblərdə Həyat bilgisi dərsliyinin keçirilməsinin müsbət hal olduğunu deyən deputat söyləyib ki, sözügüdən dərslikdə İslam dini haqqında düzgün məlumatlar aşılanır.

"Bu baxımdan düşünürəm ki, qanun layihəsinə bu anlayışın əlavə edilməsi, dini xurafatçılığıa qarşı mübarizənin aparılmasında müsbət nəticə verə bilər”.(modern.az)