adalet.az header logo
  • Bakı 13°C
16 Oktyabr 2018 14:34
10417
MƏMLƏKƏT
A- A+

“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas

"Azərbaycanda dərsliklərdə çoxlu sayda zərərli informasiyalar var. Bunlar haqqında qəzetlər yazır, ekspertlər deyir, amma heç bir addım atılmır”.

Bunu deputat Aqil Abbas Milli Məclisin iclasında "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu gün dərsliklərdə mənasız şeirlər yazılır, mətnlər yayılır: "İkinci sinif şagirdinə "Dağlıq Qarabağın qayıdışına inanırsınızmı” kimi suallar verilir. Uşaq isə "yox” deyib, ata da öz uşağını döyüb. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdırlar”.


Deputat 3-cü sinif dərsliyində erotikanın olduğunu da qeyd edib:

"Amma buna baxan yoxdur. Bundan başqa, dərsliklərdə ləhcə ilə yazılır. Sonra da deyirlər ki, insanlar niyə rusdilli məktəbə meyllənirlər? Çünki rusdilli məktəblərdə belə hallar yoxdur, orada düz əməlli dərs keçirlər”.