adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Oktyabr 2018 13:47
4861
GÜNDƏM
A- A+

Cəbhədə monitorinq keçirilib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 16-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə Adalet.az-a AzərbaycanMüdafiə Nazirliyinin mətbuat xidmətindənməlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçiriblər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç aparıblar.