Faiq QİSMƏTOĞLU: İKİ KASA XAŞ, YARIM LİTR ARAQ

FAİQ QİSMƏTOĞLU
41454 | 2018-10-16 12:34

… Bu millət ki var,çox mürəkkəb və özünü sevməyən millətdi. İnanmırsınız, gedin Üzeyir Hacıbəyovu,Mirzə Cəlili oxuyun. Amma bu o demək deyil ki, elə millətin hamısı bu gündədi. YazıqÜzeyir bəy də, Mirzə Cəlil də, Əbdürrəhim bəy Haqverdiyev də, Mirzə Ələkbər Sabirdə «millət, millət» deməkdən dilləri qabar oldu. Ha istədilər bu milləti, bu xalqıirəli aparsınlar, işığa tərəf çəksinlər, alınmadı. Əksinə, bu millət, bu xalq biraz da cəhalətə, qaranlığa yuvarlandı. Mollaya inandı, mütrübə bel bağladı, falabaxana üz tutdu. Və axırı da oldu belə…

İndi qadalarını aldığımbir neçə istedadlı gənc gözəl bir təşəbbüslə çıxış edib: «Hər yer ədəbiyyat» deyib.Bundan gözəl nə ola bilər? Ədəbiyyat işıq, nur, sevgi, məhəbbət, ədəb-ərkan mənasınıifadə edir. İndi gəlin görək, bu çağırışa, bu haraya nə qədər adam qoşulacaq. Beşnəfər də, on nəfər də, əlli nəfər də, lapyüz nəfər də qoşulsa min şükür! Hələ ki bu millətin içində işıq sönməyib. Hələ kibu millətin yuxudan oyatmaq istəyən, ona sevgisini verməyə çalışan, ürəyinin atəşiniötürmək istəyən insanlar var. Bəlkə o insanların səsini kimsə eşidə...

Bizim millət «kitab»deyəndə bəzi insanlar ilandan qorxan kimihisslər keçirir. Deyirlər ki, nə olur olsun,təki oxumaq, öyrənmək və elm dalınca getmək olmasın! Əgər biri təşəbbüs sürüb desəki, gəlin səhər-səhər gedək xaş yeməyə, gör onda nə qədər insan ona qoşulacaq. Özüdə xaş badımcan, sirkə turşusuyla çox əla gedir. İki kasa xaşla yarım litri bədənəelə vururlar ki, elə bil dünya həmin adamın olur. Xaşdan və araqdan sonra yaxşıda bir siqaret çəkirsən, ürəyinə yağ kimi yayılır. Bax onda özünü göyün yeddinciqatında hiss eləyirsən və kefin ala buluddan nəm çəkir...

Bizə vallah, Üzeyirbəyin sözü olmasın, qəzet, kitab oxumaq yaraşmır. Qəzet, kitab oxumaq bu millətəharam sayılıb. Bizimkilər yaxşı yalan danışa bilərlər, bir-birini aldada bilərlər,əmanətə xəyanət eləyə bilərlər. Bax, bunlar bizə yaraşır. Bizə tay nə yaraşır? Bizəo yaraşır ki, yoldaşı yarı yolda qoyaq, çörək kəsdiyimiz adama badalaq ataq, sevdiyimizəxəyanət edək, yaxşılıq eləyənə yamanlıq göstərək. Bizə belə şeylər uzun müddət yaraşıbaxı. İndi bu cavanlar elə şey deyirlər ki, bəlkə də çoxları buna dodaq büzür, deyirki, rəhmətliyin uşağı, siz də iş tapmısınız ey!.. Qoyun pulumu qazanıb çak-çukumuzueləyək…

Bizim millətin dəaydınları var, işığı var, haqq yoluyla getmək istəyən nurlu ziyalıları var. Üzeyirbəyin çox gözəl bir felyetonu yadıma düşür: «Biz nə tövür iş görürük». Felyetonunqısa məzmunu belədir ki, hər millət bir iş görməmişdən əvvəl gərək mərhələ-mərhələaddımlasın. Yəni nərdivanla pilləkənləri çıxasan. Çıxmazsan, yıxılarsan yerə, başındağılar. Məsələn, başqa millətlər siçan boyda iş görəndə biz yuxuda oluruq. Onlarkeçi boyda iş icad edəndə yatırıq. Eşşək boyda işlər hasil olanda mürgüləyirik.Camış boyda iş görəndə yenə yuxudan oyanmırıq. Dəvə boyda işləri həyata keçirəndəyenə öz hayımızdayıq. Elə ki, fil boyda əcnəbilər iş görəndə bax biz qəfil yuxudanoyanırıq və onların gördüyü işi həyata keçirmək istəyirik. İstəyirik fil boyda işgörək. Onun ayağını düzəldirik, yoruluruq. Dəvə boyda iş görəndə onun da ayağınıqurtarmamış heydən düşürük. Deyirik bu bizlik deyil ey! Elə yaxşısı budur siçanboyda iş görək. Siçan boyda iş görürük, aramızdan bir pişik çıxır, onu yeyir.

Bax, biz belə işgörürük!..

Heç olmasa ay millət,qoyun siçan boyda iş görmək istəyən insanlar bir az sevinsinlər və onların düzəltdiyi,qayırdığı işlərə heç də badalaq atmayın, gözdən salmayın. Çünki bu dünya ki, var,çox qəliz bir dünyadı. Gərək hər şeyi balacadan başlayasan. Bax, burda da yenə yadımızaistedadlı şair Qürbət Əzizin bir misrası düşür: «Bu millət Allahın möcüzəsidi».

… Dünyanın işinibilmək olmaz. Bir də görərsən ki, kitab sevgisi, ədəbiyyat sevgisi bu millətin ürəyinəəbədi bir sevgi gətirdi, işıq gətirdi və bu işıq, bu sevgi də milləti it hürən tərəfədeyil, işıq gələn tərəfə apardı…


TƏQVİM / ARXİV