adalet.az header logo
  • Bakı 20°C
16 Oktyabr 2018 12:18
10849
ƏDƏBİYYAT
A- A+

Rauf Qərib Alagöz: İndi tülkü cəng eləyir aslana

İndi tülkü cəng eləyir aslana,
Aslan isə yer axtarır yaslana.

Qarğa tutub qartalların yerini,
Qartal isə seçib daha dərini.

Çaqqal qurdun əvəzinə ov edir,
Qurda sorsan, deyəcəkdir "ov nədir?”.

Bülbül kimi cəh-cəh vurur sərçələr,
Bülbül çətin bundan sonra dirçələ.

Siçan isə qovar olub pişiyi,
Pişik çəkir it əvəzi keşiyi.

Toyuq təkin qaqqıldaşır xoruzlar,
Qoyun kimi nazla gəzən qoç da var.

Dəyişibdir zəmanəmiz, arkadaş,
Qərib, dinmə, bu gün,sabah yağar daş.