adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Oktyabr 2018 00:22
18058
ƏDƏBİYYAT
A- A+

VƏTƏN SEVGİLƏRİ

Tahir Rzanın lap yenicə çapdan çıxan "Candan çıxa bilməz can Qarabağsız" şeirlər kitabı məndə öncə bir qürur hissi oyandırdı. O, vətənpərvərlik duyğusu ilə qələmə aldığı bir svra şeirləri kitabın ilk səhifələrindəcə sıralayıb və bu şeirlərin əksəriyyətində Qarabağ havası var. Adətən, bir çox müəlliflərin Qarabağa həsr etdiyi şeirlərdə həmişə bir həsrət, bir nisgil yaşadığını görmüşəm. Tahir Rza isə belə həsrətə, nisgilə, yurd yanğısına deyil, Vətənin, Qarabağın bölünməzliyinə inam hissinə üz tutur. O inanır ki, torpaqların iyirmi faizimnin işğalı müvəqqətidir, gec-tez Azərbaycan haqq sözünü qələbə ilə söyləyəcək.

Sinəmin başında Qarabağ adlı,
Bir yara qövr edir, sızlayır yaram.
Alov olmalıyam şimşək qanadlı,
Elləri düşməndən qurtarmalıyam.

Havandan güc alan vüqarlı çinar,
Düzünə ələnən yağışam. Qaram.
Canımda nə qədər ruh var, təpər var,
Ey Vətən, uğrunda vuruşmalıyamö

Qarabağ həmişə Azərbaycanın ən gözəl, cənnətlə müqayisə ediləsi bir diyar kimi tərənnüm olunub. Amma Vətən tarixinin ən şanlı və ən qanlı səhifələri də Qarabağla bağlıdır. Azərbaycan ədəbiyyatında və tarix elmimizdə neçə "Qarabağnamə"miz yazılıb. XX-XXI əsrlərdə də yeni "Qarabağnamə"lər qələmə alınır. Tahir Rza da bu yolda ilk addımlarını atır və elə bilirəm, bir vaxt olacaq, onun Qarabağı həsr etdiyi şeirləri sıralasaq, yeni bir "Qarabağnamə" yaranar. O yeni "Qarabağnamə"nin ilk şeiri isə heç şübhəsiz "Candan çıxa bilməz can Qarabağsız" olacaq:

Sökülür həsrətlə, ahla-amanla
Hər səhər gözümdə dan Qarabağsız.
Ötüşür günlərim ümid, gümanla
Donur damarımda qan Qarabağsız.
Əlləri qoynunda durub Pənah xan,
Üzeyir, Natəvan, Vaqif n6igaran,
Yaqub qəm için6də, Arif bağrı qan,
İnləyir məzarda Xan Qarabağsız.
Hər daşı, qayası şeiriyyət, sənət,
Torpağı müqəddəs, qucağı cənnət,
Nəyimə lazımdır vəzifə, sərvət,
Var-dövlət, ad-şöhrət, şan Qarabağsız.

Ay Allah, dadıma, köməyimə çat,
Yatmış vicdanları silkələ, oyat!
Tahirə torpaqsız zillətdir həyat,
Candan çıxa bilməz can Qarabağsız.

Tahir Rza maarifçi şairdir, desəm, bəlkə də qəribə səslənər. Maarifçilik bir ideya cərəyanı kimi təkcə XIX əsrdə, ya XX əsrin əvvəllərində deyil, indii-XXI əsrdə də şeirimizdə təsir gücünü itirməmişdir. İnsanı ağıla, həyatı, cəmiyyətdə, dünyada baş verən hadisələri idrakla şüurun köməyilə qiymətləndirmək, işığa üz tutmaq, gələcəyə nikbin inam hissi maarifçiləri həmişə düşündürüb.
Təbii ki, maarifçilik həm də tərbiyə-əxlaq dəyərləri ilə bağlıdır.

Özün ol, özünə qurban olum mən,
Adını, əhdini, sözünü qoru.
Saxta nəvazişdən, bəd niyyətlərdən,
Çirkin əməllərdən özünü qoru.
Andına. Sözünə qadir insan ol,
Kiminsə dalınca qalmasın gözün.
Kişi ol, qadın ol, kim olursan ol,

Ancaq ki, həyatda özün ol, özün.
Tahir Rzanıfn şeirlərində kifayət qədər tənqid pafosu da nəzərə çarpır. Kimləri tənqid edir? "Qarabağ" restoranında məcdis qurub, "Şuşa" kafesində kef çəkən, "Ağdam" bufetində yeməkdən6 doymayan, "Laçın" şadlıq evində çoxlu tost deyən, ağzı köpüklənə-köpüklənə Kəlbəcəri, Füzulini yad eyləyən, "Vətən, torpaq, xalq" deyib bu müqəddəs kəlmələrdən uzaq olan "Vətən oğlu" onun tənqid hədəfidir. Alçala-alçala mal-pul qazanan, maşını, geyimi bahalaşsa da, özü ucuzlaşan, dövləti-sərvəti çoxalsa da, qəlbinin atəşi, odu azalan adamlar, adamcıqlar tənqid hədəfidir.
Tahir Rzanın şeirlərində ovqat müxtəlifliyi də nəzərə çarpır. Bir şeirində sakit, həzin misralar diqqəti cəlb edir ("Qaçqıfn qardaşıma məktub", dijgər şeirində çağırış, müraciətlə müşayiət olunan etirazlar ("Allaha xitabən"), bir şeirində moralist-nəsihətçt əhvalını ifadə edən sakit ton ("Düşüncə"), digər şeirində isə deklamatsiya pafosunu xatırladan bir ritm ("Ana dilim". Amma bütün şeirlərində çalışıfr ki, fikrini dəqiq ifadə etsin. Sevgi şeirlərində isə bir ovqat hakimdir- duyğusal hisslər. "Sevgi şeirləri yazmaq çətindir"-doğrudan da çətindir. Çünki indiki zəmanədə "Dönüklər Məcnun tək coşub-daşanda, Sevgi şeirləıri yazmaq çətindir".

İndi çox şeirlər pəsdən yazılır,
Etibarsız yardan, dostdan yazılır,
Saxta məhəbbətdən dastan yazılır,
Sevgi şeirləri yazmaq çətindir.

Yolunu-izini azanlar artıb
İlqarı, peymanı pozanlar artıb
Pullu sevgilərdən yazanlar artıb
Sevgi şeirləri yazmaq çətindir.

Amma Tahimr Rza bu "çətinliyi" dəf edərək bir sıra səmimi sevgi şeirləri də yazır. "Cismimdə ruhumsan, sinəmdə ürək, Heç kim sevə bilməz səni mənim tək"

Bu dərd yaman dərddi-dəlisov, ürkək,
Tahiri həmişə dara çəkəcək.
Qəlbimdə ilk eşqin xatirəsi tək
Bir cığır salmışam adına sənin.

Tahir Rza qəzəl də yazır. Onun "Ədalət" qəzetində dərc edilmiş qnəzəlləri haqqında kiçik bir yazı da yazmışdım. Bu kitabda isə qəzəllərin sayı çoxdur.
Hiss olunur ki, Tahir Rza Azərbaycan poeziyasının bu həmişəcavan janrı ilə ünsiyyətini qurmağa çalışır və çox qəzəllşərində buna nail olur. İctimai ruhdu qəzəlləri var, maarifçi qəzəlləri də. Amma əksər qəzəllər sevgidəndir. Tahir Rzanın qəzəlləri dilinin madəliyi ilə diqqəti cəlb edir, təmiz Azərbaycan sözləri ilə dopdoludur. Bir az da üzərində çalışsa, klassik poeziya örnəklərinə daha yaxından bələd olsa, qəzəllərinin poetik sanbalı da artar. Məsləhətim budur ki, dönə-dönə Füzulirni oxusun, Nəsimini, Xətaini, Nəbatini, Seyid Əzimi, Vahidi mütaliədən yorulmasın.

Ürək dərdli, gözləır yaşlı, ruh nigaran Qarabağsız,
Qeyrət bizi boğur yaman, vermir aman Qarabağsız.
Müqəddəsdən müqəddəsdir bu torpağın hər qarışı,
Ağlar, gülməz Muğan, Şirvan, Mil, Naxçıvan Qarabağsız.
Tahir, söylə tək qalarmı doğma anna balasından
Heç vaxt ayrı durra bilməz Azərbaycan Qarabağsız.

İstər-istəməz ustad Şəhriyarın "Azərbaycan" şeirini xatırladım. Poetik ruhca doğmadır bu şeirlər. Onun bir sıra qəzəllərində vətənə məhəbbət hissi aşıb-daşır.
Mən sözümü Tahir Rzanın bir qəızəli ilə başa çatdırmaq istəyirəm. Sevgidən yazılan bir qəzəllə:

Mən sənə canım dedim, sən canıma can olmadın,
Eşqinə canın verib mən tək bağrı qan olmadın.
Oxladın axşam-səhər biçarə qalmış könlümü,
Yandırıb şam eylədin, bir an da peşman olmadın.
Mən sənə vurğun kəsildim, sən isə şan-şöhrətə,
Nə sözün, nə aşiqin eşqinə heyran olmadın.
Sən də Tahir, can deyib vəsf eyləsən də yarını
Nə yaxşı eşq sahibi, nə də qəzəlxan olmadın.