adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
16 Oktyabr 2018 00:21
14770
ƏDƏBİYYAT
A- A+

Maşallah Məftun

SƏN DEMƏ BU ŞƏHƏR BİZİM DEYİLMİŞ...

Faytonçu "duyduyu" eşitmək üçün,
Gəzdik küçələri gəzdik birbəbir.
Tapmayıb yorulduq tükəndi səbir,
Sən demə bu şəhər bizim deyilmiş.

Səmədin, Cəfərin ,boyu qısalıb,
Elə bil bunlardan - zaman bac alıb.
Füzuli yenə də xəyala dalıb,
Sən demə bu şəhər bizim deyilmiş.

Avropalı doslar gəlibdi cuşa,
Bızlərə hökm edir, - "Bax belə yaşa",
Hər dalan tamaşa, hər tin tamaşa,
Sən demə bu şəhər bizim deyilmiş.
Meydanı,küçəsi bir az qorxulu,
Hanı bu şəhərdə mələklər hanı,
Saçımı oxşayan küləklər hanı,
Sən demə bu şəhər bizim deyilmiş.

İçində batmışıq bərbəzəklərin,
Kimlərin əlinə düşdük - kimlərin?
Qazılan bu quyu dərindən dərin,
Yox... yox...
Sən demə bu şəhər bizim deyilmiş.

Neftimin ətrini gül tək qoxuyur,
Plovdan, əmlikdən ,yeyir oxuyur,
Sonra başımıza corab toxuyur,
Yox... yox...
Sən demə bu şəhər bizim deyilmiş.

İnsan bu dünyaya gəlir bir kərə,
Sevgisı sığmayır nə göyə, yerə,
Çox ümidlə gəldik biz bu şəhərə,
Yox... yox...
Sən demə bu şəhər bizim deyilmiş.

Bakı ciyərimiz, Bakı canımız,
Bakı şövkətimiz, Bakı şanımız,
Ondan ötrü axıb bizim qanımız,
Yox... yox...
Sən demə bu şəhər bizim deyilmiş.

Bu zordu, bu gücdü, bu dostluq deyil,
Gör - bu mənzərəni, gör -Mirzə Cəlil,
Dur qalx məzarından, Xəlil, ay Xəlil,
Yox... yox...
Sən demə bu şəhər bizim deyilmiş,
Sən demə bu şəhər bizim deyilmiş!

OXUMA QARABAĞ
ŞİKƏSTƏSİNİ!

Düşmən dərd üstə dərd toxuyur indi,
İydələr bir həsrət qoxuyur indi,
Zaman başqa nəğmə oxuyur indi,
Oxuma "Qarabağ" şikəstəsini!

Kimin günahıydı bilinən deyil,
Günah bir ləkədi bölünən deyil,
Bu ləkə tarixdən silinən deyil,
Oxuma "Qarabağ" şikəstəsini!

Düzü əyri bilib otuzdurdular,
Tazıya " tut"-deyib tutuzdurdular,
Tökdüyü qanları yatızdırdılar,
Oxuma "Qarabağ" şikəstəsini!

Qala-Şuşa ulu ruhdu bədəndə,
Bu dərdə boylanar gələn,gedəndə,
Səni qınayacaq Rumda,Yəməndə,
Oxuma "Qarabağ" şikəstəsini!
Mənliyim,şənliyim,gəlməz araya,
Qulaq ver sinəmdə haya,haraya,
Yazığın gəlmirmi mən biçarəyə,
Oxuma "Qarabağ" şikəstəsini!

Dağlarda perikən yelə dönərsən,
Daşlara çırpılan selə dönərsən,
Qəfildən alışıb külə dönərsən,
Oxuma "Qarabağ" şikəstəsini!

Canımdan ayrılmaz,candı Qarabağ,
Damarımdan axaan qandı Qarabağ,
Yananlar bilərlər yandı Qarabağ,
Oxuma "Qarabağ" şikəstəsini!

Məkkəm,Mədinəmdi ,yanan o yerlər,
Dinim,imanımdı,yanan o yerlər,
Kövrək gümanımdı,yanan o yerlər,
Oxuma "Qarabağ" şikəstəsini!

Atların yalını kəsən vaxtıdı,
Tellərdən güllələr əsən vaxtıdı,
Qızların bulaqdan küsən vaxtıdı,
Oxuma "Qarabağ" şikəstəsini!

Qarabağsiz göylər dumandı mənə,
İblisin nəfəsi əyandı mənə.
Dünya başdan- başa zindandı mənə,
Oxuma "Qarabağ" şikəstəsini!

Kim deyir - dərd üzə gülər ,amandı,
Dərdim göz yaşını sılər amandı,
Məftun misra-misra yanar amandı,
Oxuma "Qarabağ" şikəstəsini!

ŞUŞA

Xan qızı Natəvanın ruhuna məktub

Hörmştli Xan qızı,ustad Xan qizi,
İlahi ruhuna xoş salamım var.
Məktubu bir ayrı ovqatla yazdım,
Bağışla başımda qalmaqalım var.

Xan qızı bağışla,ustad bağışla,
Sən sevən Şuşanı sevə bilmədik.
Şuşanın uğrunda ölmək gərəkmiş,
Biz ölmək istədik, ölə bilmədik!

Şuşa döndü qızıl qan çanağına,
Xəyanət əlini görən olmadı.
"İrəli"-dedilər, "Hucum irəli",
"İrəli" deyəndən ölən olmadı.

Allah nəzərini kəsib bu yerdən,
İmanda itibdi,dində itibdi.
Burda yaylaqların rəngi dəyişib,
Çiçək əvəzinə güllə bitibdi!

Fəryadım,qəhərim,qəmım,kədərim,
Asılıb gözümdən,kipriklərimdən.
Bağışla Xan qızı-bağışla məni,
Danışa bilmirəm gördüklərimdən.

Özümdən-özümə xəyanət oldu,
Susdu damarıma işləyən cəngi.
Hanı Şah İsmayil,
hanı Koroğlu?
Hanı yurdumuzun şiri,pələngi!

Şuşa xəyanətin qurbanı oldu,
Qoy bilsin sahilə yan alan gəmi.
Qoy bilsin Xan qızı,qoy bilsin aləm,
Qoy bilsin Pənah xan,Cavanşir əmi!

Dəyişib gözümün işığı,rəngi,
Əlimiz,qolumuz,zəncirlənibdi.
Qeybə çəkilibdi qeyrət elə bil,
Qeyrətin qapısı möhürlənibdi!

Hər kəs əməlinə cavab verəcək,
Dünyanın işini bilmək çətındı.
"Bu dünya" ,"o dünya" inkir-minkir çox,
Qazan əhvalatı - qiyamətindi.

Kənara atılmış urvatsız daşam,
Elə bil Vətəndən mən qovulmuşam.
Düşmən tapdağında tapdanır ŞUŞAM,
Başım ola-ola başsız qalmışam !
SƏN KÖHNƏ KİŞİSƏN

Şumerşünas alim İslam Sadığın "Mən köhnə kişiyəm" şerini oxuduqdan sonra.

Sən köhnə kişisən yaxşı bilirik,
Dostun nə köhnəsi,nə də təzəsi.
Dost var ki,ürəyin başına qoymaq,
Dost var ki,qurtarmaz onun məzəsi.

Sən ki,məddahların sözün bilirsən,
Çoxunun əyrisin,düzün bilirsən.
"Dostunam"-söyləyən yüzün bilirsən,
Rəzildi,səfildi-özün bilirsən.

-Ey mənim ruhuma yaxın olanım,
-Dost dostdan heç zaman tərif gözləməz.
"mən buyam","mən oyam" -ədalarıyla,
özündən müştəbeh- dostu izləməz.

Şöhrət axtarışı,medal düşgünü,
Biri raket qovur,biri at qovur.
Məmləkət bazara dönüb elə bil,
-kimi ceyran qovur,kimi it qovur...

"Millilər" "güllü"dən soruşur bizi,
Dillilər -fellidən soruşur bizi,
Allılar- tellidən soruşur bizi,
Bu günün bazarı belədi şair !

-Sən köhnə kişisən ,dərdin də köhnə,
zalımın,zülümün adın bilirsən.
Meşin qapılarda çox döyülübsən,
Qananın ,qammazın, dadın bilirsən

Çeşidli-çeşməli,dağlar oğlusan,
Dağlara -təpələr meydan oxuyur.
Qayasın,ormanın ,tanımayanlar,
Dərəsim,meşəsin tanımayanlar,
Baxçada güllərin ətrin qoxuyur.

Ulu xaqanlardan gəlir nəfəsin ,
Səni indən belə -sürüyəcəklər.
Torpağın üstündə yandırıb bir gün-
Tarpağın altında söndürəcəklər...

Hadisi,Cavidi,Nəvvabı olan,
milləti yaşadan yaşın özüdü.
Sərdarı,ərbabı -sərkərdəsidi,
Başında duranı -başın özüdü.

Çoxunun köksünə sancıldı ox tək,
Səni dağdan düzə atan qələmin...
-Koroğlu əlində qılınca döndü,
Şumerdən yol gələn kotan qələmin !

Bir çimdik səadət qatdı başını,
Dərdini- ovcuna yığdı zər kimi.
Nə qədər dedilər,qodular oldu,
Şumer döyüşünə getdi ər kimi!

Getdiyi döyüşdən o qalib çıxdı,
Taleyi kədərli miskin şairim.
Üzüzə dayandı çoxlarıyla o,
Dövrandan,zamandan ,küskün şairim.

İlham alovuyla getdi atəşə,
Kiminsə adına giley etmədi.
Okean sularda balinalar tək,
O,qorxmadan üzdü,fəqət itmədi.

Çəkdiyiz əməyiz itməyəcəkdi,
Bunları yüzdə-yüz biləsiniz siz.
Ruhunuz hər zaman rahat olacaq,
Dayim yaşayacaq əməlləriniz.

Neçə iqlimlərin,neçə qitənin,
Gördüyü yuxunu- yozmaq haqqıdı.
Soy-kökü Şumerdən gələn millətin,
Dünyanın tarixin- yazmaq haqqıdı.

Nə qədər krallar liliput olub,
Nə qədər liliput kraldı indi.
Nə qədər tülkülər genin dəyişib,
Nə qədər tülkülər maraldı indi.

***
Ayağı yer eşən,ayğırım gəlsin,
-Üzüyüm üstündə qaşım gözləyir.
Qeyrətin itirən qeyrətə gəlsin,
Gözü yolda qalan -Şuşam gözləyir !

Çoxu kişiliyi evdə axtarır,
Kişilik əməldə,qanda gərəkdi.
Bahadı bazarda- satılmır qağa-
Kişilik ürəkdə ,canda gərəkdi.

NURƏNGİZ GÜN GETDİ

Nurəngiz Günün 80 illik yubileyi
ərəfəsində...

Bu dünya əzilən,əzən dünyası,
Neçə əzilənə yanası oldu.
Dünyaya bir övlad gətirən ana,
Neçə övladların anası oldu.

Çevik,nikbin,məğrur idi həyatda,
Zərərli mikroblar ,xislətində yox.
Tanrı işığında yol gəlmişdi o,
Qaranlıq fikirlər niyyətində yox.

Düzlüyü görməkçün dünyaya gəldi,
Gördü ki,bu dünya viran gündədı.
Güclülər gücsüzün qanını sorur,
Beyinlər şikəstdi- aman gündədi.

Dünya ölkə-ölkə -od tutub yanır,
Soyqırım, qırğınlar,içindəyik biz.
Nalanlar,talanlar,ərşə ucalır,
Hiylə,zülmət,zillət içindəyik biz.

37-ci il,90-cı il...

Hansı yaraları görmədi şair!
Xalqına,yurduna qurdular tələ,
Hansı yaralarla ölmədi şair!
İki əsr,iki yara...
Pantürkist damğası,nəsli dərbədər,
Fəryadı fələyə yetişməz oldu,
Alışdı Xocalı,yandı Xocalı,
Aldığı yaralar bitişməz oldu.

Qəlbi paramparça eşqi kimiydi,
Özü qəm üstündə halay vururdu.
Kimlərsə kefində,damaxındaydı,
Kimlərsə ocağda kül sovururdu.

Şeytana,iblisə,məğlub olmadı,
Dünyayla çarpışdı bəşər övladı.
Döyüşdən döyüşə bərkidiyüyçün
Xalqın tarixinə yazıldı adı.

Əzablar içində yaşasada o,
Yağı düşmənlərə meydan oxudu.
Tanrı səmasının üst qatındaydı,
Günəşdən oxudu,aydan oxudu.

Azadlıq aşiqi-azad olmaqçun,
Atəşlərdə yandı-o, nalan oldu.
Əyilmədi şair,əyilmədi heç,
Həyatı,dünyası-o, talan oldu.

Ruhumun içində,soyuq küləklər,
Günü oxuyuram səhərdən bəri.
Sanki qanad verir sözə,mənaya,
Şerin Məhsətisi illərdən bəri.

QONŞU QADIN

Bizim qonşu qadın,
Yaxşı bilmirəm adın.
Okeanın o tayına
səfər etmiş
Fransada eniş etmiş...
Qızına hədiyyə olsun deyə
bir köpək gətirmiş.
Qadının nəvəsi
Bundan qorxmuş,
Bir qədər karıxmış...
Hər səhər,
Ağ əlcəkli qadın
Itin gəzdirir
mən nəvələrimi...
O itiylə danışır,
Səsi-küyü,
əllamələr,
rabitəsiz kəlmələr...
mən nəvələrimlə danışıram...