adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Oktyabr 2018 00:16
11842
GÜNDƏM
A- A+

XALQ ÖZ SEÇİMİNDƏ YANILMADI

Vaqif Ömərov
"Azəikimya" İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri

"İlham Əliyevin Prezident seçilməsinin 15 ili tamam olur".
İlham Əliyevin prezidentlik fəaliyyəti xalqımızın həyatında, dövlətimizin inkişafında yemi mərhələ olmuşdur. O, 2003-cü ildə keçirilən prezident seçkisindən əvvəl xalqa bir çox vədlər vermişdir. Hər şeydən əvvəl ümummilli liderimiz, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin yoluna, ideyalarına, siyasətinə sadiq olacağını qəti şəkildə bəyan etmişdir. Onu xalqa sevdirən amillərdən biri də bu idi. Çünki sağlam düşüncəli hər bir Azərbaycan vətəndaşı bilirdi ki, Heydər Əliyev ideyalarına sadiq qalmadan xalqın xoşbəxtliyinə, dövlətin tərəqqisinə nail olmaq mümkün deyil. Bütün həyatını, ömrünün ən mənalı illərini xalqına həsr edən ulu öndərimizin ideyaları reallaşdıqca ölkəmizin inkişafı daha da sürətlənir, uğurların, nailiyyətlərin sayı artır.
Heydər Əliyev öz ideyaları, əməlləri ilə xilaskarına çevrilmişdir. O misilsiz xidmətləri ilə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi azərbaycanlıların qəlbində özünün əbədi abidəsini ucaltdı. Həm şəxsi keyfiyyətlərinə, humanistliyə, qayğıkeşliyinə, tələbkarlığına, həm də zəngin idarəçilik, dövlətçilik təcrübəsinə görə dünyanın nadir tarixi şəxsiyyətlərindən biri olan, başqalarından bütün keyfiyyətlərinə görə fərqlənən ulu öndərimiz Heydər Əliyevin yolunu davam etdirmək şərəfli olduğu qədər də çətin və məsuliyyətlidir. Bu şərəfə nail olan hörmətli prezidentimiz İlham Əliyev üzərinə götürdüyü məsuliyyətli, çətin vəzifələrin də öhdəsindən layiqincə gəlir.
Yola saldığınız son 15 il ərzində bir daha bunun şahidi olduq. Hələ ötən əsrin sonlarında başlanmış uğurlu islahatlar bütün sahalərə şamil edilməklə daha keyfiyyətli şəkildə davam etdirilir. Elm, təhsil, səhiyyə, mədəniyyət, sənaye, kənd təsərrüfatı, bir sözlə, həyatın bütün sahələri dinamik inkişaf yolundadır. İlham Əliyev təməli ümummilli liderimiz tərəfindən qoyulmuş siyasəti davam etdirməklə onu daha perspektivli, genişləndirilmiş şəkildə həyata keçirir. Ölkə vətəndaşlarının maddi durumu, sosial rifahı günbəgün yaxşılaşır, dövlətimiz qüdrətlənir, inkişaf edir, yeni-yeni nailiyyətlər əldə olunur. Ölkədə mövcud olan sabitlik, qorunur möhkəmləndirilir. Vətəndaşların hüquq və azadlıqları, təhlükəsizliyi dövlət tərəfindən tam təmin olunur. Dövlət hər bir vətəndaşın taleyi ilə yaxından maraqlanır, onların problemlərinin həll edilməsi üçün mühüm qərarlar qəbul edir, ardıcıl məqsədyönlü siyasət həyata keçirir. 
Hörmətli prezidentimiz İlham Əliyevin atdığı hər bir addım öz bəhrəsini verir. O, hər bir qərarı qəbul edərkən ilk növbədə xalqın maraqlarını nəzərə alır, ictimaiyyətin fikrinə hörmətlə yanaşır. Onun imzaladığı "Regionların sosial - iqtisadi İnkişaf haqqında" Dövlət Proqramına uyğun olaraq Azərbaycanın bütün bölgələrində qızğın iş gedir. Həyata keçirilən abadlıq, yenidənqurma işləri geniş vüsət alıb. Təbii ki, görülən hər bir iş ölkə vətəndaşlarının sosial rifahının yüksəldilməsinə xidmət edir.
İlham Əliyevin xalqa verdiyi vədlərdən biri də on minlərlə yeni iş yerlərinin açılması ilə bağlı idi. Bu məsələ sosial problem kimi cəmiyyətin ən ağrılı yerlərindən biridir. Artıq demək olar ki, bu məsələ həll olunub. Qeyd olunan rəqəm reallığa çevrilib. Respublikamızın hər yerində yeni iş yerləri açılır, işsizlik probleminin tam aradan qaldırılması üçün zəruri addımlar atılır, müvafiq dövlət siyasəti həyat keçirilir. Həmçinin yoxsulluğun aradan qaldırılıması üçün də təxirəsalınmaz işlər görülür. Prezidentin fəaliyyətinin əsas istiqamlərindən biri də qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın, dövlət büdcəsinin artırılmasının neftdən gələn gəlirlərdən asılılığına son qovulması idi. İlham Əliyev bu siyasəti uğurla həyata keçirir, iqtisadiyyatın yalnız neftdən gələn gəlirləs hesabına inkişaf etdirilməsinə qismən son qoyulmuşdur. Özəl sektorların inkişafı üçün münbit şərait yaradılmışdır. Bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkəmizdə bütün sahələrdə, o cümlədən özəl sektorlarda böyük canlanma müşahidə olunur. Bu həm işsizlik probleminin aradan qaldırılması, əhalinin dolanışıq səviyyəsini yüksəldilməsi, həm də iqtisadiyyatın sürətli inkişafı, dövlətin daha da qüdrətlənməsi, ölkənin ümumi inkişafının təmin olunması deməkdir. Son 15 ildə əhalinin pul gəlirləri də xeyli artmışdır. Aylıq əmək haqları prezidentin müvafiq fərmanları ilə bir neçə dəfə artırılmışdır və bu da hələ son deyil. Dövlət nə qədər inkişaf edirsə, əhalinin maddi durumu da bir o qədər yaxşılaşır.
Ümumilli liderimiz Heydər Əliyevin "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" -kəlamı bu gün Azərbaycan dövlətinin apardığı siyasətdə əsas devizə çevrilib. Dövlətimiz vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq üçün əməli tədbirlər görür.
Ölkə Prezidenti İlham Əliyev daim vurğulayır ki, dünya dəyişir, cərəyan edən proseslər müxtəlif istiqamətlərdə inkişaf edir.
Ancaq təbiətin ümumi qanunları dəyişmir. Müstəqil ölkə kimi Azərbaycan bu gün müstəqil siyasət aparır. Bu müstəqil siyasət ilk növbədə Azərbaycan xalqının iradəsinə əsaslanır. "Bizim bu illər ərzində ən böyük uğurumuz ondan ibarətdir ki, müstəqillik yolundan dönməmişik. Müstəqillik sadəcə olaraq dövlət atributu deyildir. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara bilir, yoxsa yox. Xüsusilə böyük güc mərkəzlərinin maraqlarının kəsişdiyi bir coğrafi məkanda təbii sərvətlərlə zəngin olan Azərbaycan müstəqil siyasət aparır və aparacaqdır"
Müstəqil Azərbaycan Respublikası ölkəmizin çoxəsrlik tarixində bütün sahələr üzrə ən yüksək inkişaf mərhələsinə çatmışdır.
Azərbaycanın yeni tarixi mərhələdəki hərtərəfli və sürətli inkişafı məhz Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin konkret əməli nəticəsidir.
Azərbaycan xalqı Prezidentin fəaliyyətindən razıdır və ölkəmizin hər bir vətəndaşı İlham Əliyevi dəstəkləyir. Bir vaxtlar bu qədər işlərin görüləcəyi az da olsa adamda təəccüb doğururdu. Amma hər şey göz qabağındadır. Hamımız şahid olduq ki, həqiqətən bu işləri görmək mümkün imiş. Sözsüz ki, bunu yalnız Heydər Əliyev məktəbindən dərs almış, onun dövlətçilik, idarəçilik təcrübəsindən yararlanan, xalqdan ilham alan İlham Əliyevdən başqa heç kim edə bilməzdi. Elə buna görə də Azərbaycan xalqı yenidən İlham Əliyevə səs verərək, onu Azərbaycanın Prezidenti seçdi. Xalq öz seçimini düzgün etdi.