adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Oktyabr 2018 00:10
2650
GÜNDƏM
A- A+

TRAMP PUTİNİ GÜNAHLANDIRIR

ABŞ prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Britaniyada baş verən zəhərlənmələrdə və qətllərdə əli ola bilər. "60 dəqiqə" proqramının müxbiri Lesli Ştalın "Putinin bu qətllərdə və zəhərlənmələrdə əli ola bilərmi"-sualına cavab verərkən ABŞ prezidenti "Bəli, güman ki, əli var"- deyə cavab verib. Bununla yanaşı, Tramp bildirib ki, bu cinayətlər Birləşmiş Ştatların ərazisində baş vermədiyi üçün onu o qədər də əndişələndirmir.
"Nəyə görə ABŞ prezidenti Rusiya prezidentinə qarşı qətiyyət göstərmir"- sualına cavab vermək istəməyən Tramp qeyd edib ki, şəxsi görüşlərində kifayət qədər qətiyyət göstərir.
"Putinə demişəm ki, Ukraynaya hücum silahlarını və tank əleyhinə kompleksləri şəxsən mən vermişəm . Halbuki Barak Obama Ukraynaya yastıq və yorğanlar göndərirdi. Bizim görüşlərimizin çox kəskin məcrada keçməsinə baxmayaraq, mən bunu normal görüşlər kimi qəbul edirəm". Müsahibə zamanı müxbir dəfələrlə Tramp-Putin münasibətlərinə, Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsi ilə bağlı suallarından yayınmasını prezidentin nəzərinə çatdıraraq "siz həmişə Rusiya ilə bağlı məsələlərə cavab verməkdən çəkinirsiniz"- sualına isə Tramp: "Bəli, onlar seçkilərə müdaxilə ediblər. Hesab edirəm ki, Çin və digər dövlətlər də bu seçkilərə müdaxilə ediblər".
ABŞ prezidentinin sözlərinə görə, Çinin müdaxiləsi daha böyük problemlər yaratmaqdadı. O qeyd edib ki, Putindən şəxsən prezident seçkilərində ona kömək etməsini xahiş etməyib .
Bununla yanaşı, Donald Tramp müsahibəsində bildirib ki, öz administrasiyasının əməkdaşlarının bəzilərinə etibar etmir. "Açıq danışıram, Ağ Evdə hamıya etibar etmirəm. Mən uşaq deyiləm, bu qəddar dünyada Vaşinqton ən qüsurlu, eybli yerdi. Arxadan zərbələr, dedi-qodular burada adi haldı. Buna baxmayaraq , mən burada özümü rahat hiss edirəm"- deyə ABŞ prezidenti bildirib.