adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Oktyabr 2018 00:06
5318
GÜNDƏM
A- A+

MERKEL UDUZUR

Almaniyanın Xristian Demokrat Partiyası və Xristian Sosial İttifaqı Landtaqa (parlamentə) keçirilən seçkilərdə 37,2 faiz səslə irəlidədi. Lakin KİV-lər bu qələbəni məğlubiyyət kimi qələmə verirlər. Belə ki, Xristian Sosial İttifaqı 1950-ci ildən bəri keçirilən seçkilərdə kifayət qədər seçici səsini itirib.
Merkelin koalisiyada olduğu Sosial Demokrat Partiyası da səs itkisinə məruz qalıb. Belə ki, onlar da ötən seçkilərdən bəri 10,9 faiz az səs yığaraq cəmisi 9,7 faiz səs toplayıblar.
Politoloqlar və KİV-lər belə hesab edirlər ki, konservatorların bu iflası Merkelin istefa verməsinə gətirib çıxaracaq.