ANA SƏHİFƏ / YAZARLAR

Mahir Qabiloğlu: YENİ DOĞULMUŞUN ŞİKAYƏTİ

17561    |   2018-10-15 18:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Doqquz ay idi ki, kefdəydim. Anamın qarnında özümçün o yana fırlanırdım, bu yana fırlanırdım. Anam evdə nə hava çalırdısa, oynayırdılar. Deyirdi ki, kabab istəyirəm: həmən ya restorana aparırdılar, ya da ki çörək arasında evə gətirirdilər. Təzə paltar geyinmək istəyəndə, alırdılar. Təmiz dağ havası da öz yerində. Anamın qarnında bu doqquz ayı Azərbaycanın bütün bölgələrini gəzdim. Yerim rahat idi. Nə edim ki, məcburi çıxartdılar məni bayıra.

Çıxan kimi də dedilər ki, ağla. Ağlamadım. Kişi də heç ağlayar? Elə bunu görmüşdüm – çimdik bir yandan, şillə o yandan. Böyük adama o cür işgəncə versəydilər səsi Avropa Məhkəməsindən gələrdi. Xülasə, mən bu işgəncəyə dözməyib başladım bərkdən ağlamağa. Demə bu ağlamaq, ciyərlərimin açılması üçün lazımmış. Vurmaq nəyə lazım? Əvvəlcədən başa salsaydılar özüm də ağlayardım.

Sonra ağzıma şlanq soxdular, öyüyə-öyüyə qaldım. Görəsən nə yemişdim ki, bunlar mədəmi yumaq istəyirdilər, hə? Həkim xala dedi ki, sakit dur, "otsos” eləyirik. Demə dölyanı maye udmuşam, onu sorurlarmış mədəmdən aparat vasitəsilə.

Sonra arxama nəsə dürtdülər. Demə bu da klizmaymış. Yaxşı ki, vazelin vurmuşdular. Elə özümə təzə gəlmişdim ki, qoluma da, ayağıma da rezin fason qandal taxdılar. Baxdım ki, üstünə nəsə yazılıb. Nə yazılsa yaxşıdır? Aygün Məmmədova. Qışqırığım götürdü aləmi ki, ay həkim, ay akuşerka, mən kişiyəm e... 9 aydır ki, anamla atamın dığ-dığından bezmişəm. Ki, bəs mənə hansı babamın adını verəcəklər – ata-babamın, yoxsa ana-babamın. Həkim xala gördü ki, sakitləşmirəm, bir yumşaq-fason şeyi soxdular ağzıma. Adına da "soska” dedi. Məcbur olub kiridim.

Bir müddətdən sonra həkim xala yenə gəldi. Qıraqda dayanan şəfqət xalaya amiranə şəkildə "Aygünü aç, yoxlayım” dedi. Hirsimdən partlayırdım.Axı mən Aygün deyiləm. Mənim heç adım da yoxdur. Əynimə geydirdikləri mavi rəngli paltara baxsınlar heç olmasa. Qız olsaydım qırmızı, çəhrayı rəngdə olardı paltarım. Həkim tonusumu yoxladı. Əllərimi qaldırdı. Qollarımı kənara açdı. Ayağımın altını elə qaşıdı ki, məcbur olub yenə ağladım. Ayaq üstə tutub ayaqlarımı çarpayıya dirəşdirdi. Qarnım üstə qoydu. Hər proseduru edəndən sonra da "Afərin. Aygündə hər şey yaxşıdır” deyirdi. Hirsimdən partlayırdım ki, bəs mən kişiyəm, qız deyiləm. Nə edim ki, danışa bilmirdim.

Sonra həkim ürəyimə, ciyərlərimə qulaq asdı, qarnımı əllədi. Nəhayət, pampersimi açdı. Burnuna yaxınlaşdırıb iylədi, nəcisimi barmaqladı. Sünnətimi çevirəndə fürsət düşdü əlimə. Qərara aldım ki, cəzalandırım onu. Necə? Naporla işədim düz həkim xalanın sifətinə. O da "Oğraş, sən mənim üstümə işəyirsən?” deyib, o saat üstümü əskiylə bağladı. Amma artıq gec idi. Üzünü də yumuşdum, acığımı da çıxmışdım. Amma mənə "oğraş” deyəndə pis oldum. Axı mənim anam tərbiyəli qadındır. Kim bilməsə də, mən yaxşı bilirdim ki, anam atamdan başqa heç kimlə yatmayıb. Bunu gözlərimlə görmüşdüm. Amma təhqir olunsam da, sevinirdim.

Çünki həkim mənim Aygün yox, kişi olduğumu axır ki, bilmişdi. Yoxsa "oğraş” deməzdi.

Amma elədiyim yenə də ona dərs olmadı. Həkim xala üzünü şəfqət xalaya tutub dedi: "Aygün yaxşıdır. Onu yu, geyindir, ver döşə”. Sonra isə yanımdakı oğlan uşağına işarə verərək "İndi də Şərqiyyəni aç. Onu da yoxlayım” dedi. Qonşum da hirsləndi. Amma həkim işarət barmağını onun gözü qarşısında yellədərək "Bax a, ay oğraş, üzümə işəsən canını alaram” deyə əvvəlcədən xəbərdarlıq etdi.

Beləcə xəstəxanada iki gün qalıb çıxdıq. Yaxşı ki, çıxdıq. Nəhayət ki, adımı qoydular. Indi hamı məni kişi adıyla çağırır. Demə doğum evində hamını ananın adıyla çağırırmışlar. Anamın da adı Aygün, familiyası Məmmədovaymış.

Amma evdəkilərdən heç biri, hətta anam da bilmir ki, xəstəxanada başıma nə oyunlar gətiriblər. Özüm də açıb-ağartmıram. Necə etiraf edim? Adımı Aygün çağırmaqlarınımı, paltarımı mavi rəngdə geyindirməklərinimi, ora-burama dürtdüklərini demirəm hələ. Görəsən mənim taxsırım nə idi? Sonra da deyirlər ki, qulaqlarınızı çəkin, evlərdən iraq. Filankəsin oğlu qulağı sırğalıdır.




İmza:

YAZARIN ARXİVİ

2018-10-08 : "OĞRAŞ"
2018-10-05 : DGTYB - 20!
2018-05-24 : DİN və din
2014-09-24 : GÖZƏTÇİ
2014-09-05 : KİTAB OĞRUSU
2014-04-04 : Hacıleylək
2014-04-03 : Hacıleylək
2014-04-02 : Hacıleylək
2014-04-01 : HACILEYLƏK
2014-03-29 : HACILEYLƏK
2014-03-20 : Bico - Hekayə
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK