adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Oktyabr 2018 16:52
4575
HADİSƏ
A- A+

Şabranda ov tüfəngi ilə ehtiyatsızlıq ölümə səbəb olub

Şabranda ov tüfəngi ilə ehtiyatsızlıq ölümə səbəb olub.

DİN-dən Adalet.az-a verilən məlumata görə, oktyabrın 13-də Şabran rayonunun Zeyvə kənd sakini Mahir Şıxəliyev qırma yaraları ilə xəstəxanaya gətirilib və həmin gün orada ölüb.

Polis və prokuroluq orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı qonşusu olan bir yeniyetmənin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşlə M.Şıxəliyevin baş nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.

Yeniyetmə saxlanılıb, "TOZ-12” və "İJ-16” markalı tüfənglər maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.