adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Oktyabr 2018 16:00
65099
MÜSAHİBƏ
A- A+

Cavanşir Paşazadə: “Həyata keçirilən işlərin kökündə Azərbaycan xalqı dayanır”

Millət vəkili Cavanşir Paşazadə müsahibə verib. O müsahibəsində 15 Oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının vahid namizədi İlham Əliyevin möhtəşəm qələbəsi və bu qələbədən keçən 15 illik tarixi yola işıq salıb.

-Cavanşir müəllim Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyindən 15 il keçir. Aradan keçən 15 ili Azərbaycan üçün necə dəyərləndirərdiniz?

-Cənab Prezidentimiz İlham Əliyev 15 illik prezidentliyi dövründə o qədər nəhəng və uğurlu layihələrə imza atıb ki, bizim onun haqqında danışmağımız, o qədər nəhəng işlərin yanında zərrə qədər qalar. Təbii ki, ötən illərlə müqaisədə 15 ildə Azərbaycan çox böyük bir inkişaf yolu keçib. Bu həm iqtisadi, həm siyasi sahələri əhatə edib. Eyni zamanda vətəndaşların sosial rifah halı daha da yaxşılaşıb. Yeni-yeni infrastruktur layihələrin həyata keçirilməsi nəticəsində ölkə büdcəsi əhəmiyyətli dərəcədə artıb. Azərbaycanın növbəti peykinin orbitə buraxılması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, TANAP-ın fəalliyyətə başlaması ölkəmizin iqtisadi gücünün artması ilə yanaşı beynəlxalq nüfuzunun güclənməsinə gətirib çıxarıb. Bunun da mənbəyi var. Ulu öndər Heydər Əliyev ailəsində böyüyən, Heydər Əliyev kimi dünya miqyaslı siyasətçidən dərs alan İlham Əliyev Azərbaycanın qüdrətlənməsi işində daha da təkmil siyasət aparır. Bir zamanlar Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. O zaman ümumilli lider Heydər Əliyevin Naxçıvandan bu təhlükəyə əl qoyması, daha sonra Bakıya gəlib burada Azərbaycanın müstəqliyyini təhlükədən qurtarması heç kimin yadından çıxmayıb. Şimaldan şimal qonşumuz, cənubda İran, Qərbdən daimi düşmənimiz olan Ermənistan Azərbaycanı parçalamaq istəyirdi. Onlar Bakı uğrunda ciddi rəqabət aparırdı. Hətta bu işlərə onların yerli əlaltıları da köməklik edirdi. Məhz belə çətin anda Heydər Əliyev öz qətiyyəti, uzaq görən siyasəti ilə Azərbaycan dövlətini günəş kimi yenidən doğmasına, dünya arenasında özünə yer tutmasına nail oldu. Cənab Prezident İlham Əliyev bu kimi çətin proseslərin işində olub. Daim Heydər Əliyevin həyata keçirdiyi siyasətdən bəhrələnib. Məhz bi siyasətin yaşaması, bu siyasətin davam etdirilməsini ondan başqa heç kim həyata keçirə bilməzdi. Hələ o zaman İlham Əliyev prezident seçilən zaman daxildə olan müxalif insanlar şübhə ilə baxırdılar. Artıq bir ildən sonra onlar gördülər ki, İlham Əliyev qüdrətli, güclü dövlət başçısıdır. Ölkəmizin qüdrətinin artması, iqtisadi, siyasi imkanların genişlənməsi təbbi ki, İlham Əliyevin yürütdüyü siyasət nəticəsində mümkün olub. Bu gün ətraf ölkələr bizdən məsləhət alırlar.

-Azərbaycanda vitse-prezidentlik institutu yaradıldı Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO -nun Xoşməramlı Səfiri Mehriban Əliyeva birinci-vitse prezident təyin olundu. Ümumilikdə belə bir institunun yaradılmasına sizin münasibətinizi öyrənmək istərdik. Mehriban Əliyeva istər Heydər Əliyev Fonduna rəhbərlik etdiyi müddətdə, istərsə də Milli Məclisdə fəaliyyəti zamanı hər zaman öz hümanist addımları ilə diqqət çəkib. Dövlətçiliyimizin möhkənləndirilməsi, qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində Mehriban Əliyevanın misilsiz rolu və əməyi var. Mehriban Əliyevanın xüsusi təqdimata ehtiyacı yoxdur. Çünki Mehriban xanım fəaliyyəti dövründə hər zaman Azərbaycanın haqq səsini dünyaya tanıtmaq yönündə addımlar atıb. Prezident İlham Əliyevin yürütdüyü siyasətin ən güclü təbliğatçısıdır. Və eyni zamanda Azərbaycan mədəniyyətini, Xocalı soyqırımını dünya ictimaiyyətinə lazımi səviyyədə tanıdıb. Azərbaycan muğamı bu gün demək olar ki, bütün dünyada qəbul olunur. Muğamı sevə-sevə dinləyirlər. Bununla yanaşı bir çox beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi zamanı Mehriban xanımın əvəzsiz xidmətləri olub."Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsini buna misal olaraq göstərmək olar. 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olub.Təsadüfi deyil ki, bu il keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təşkili də Mehriban Əliyevaya həvalə edilib. Bu Oyunların Təşkilat Komitəsinin sədri də odur və hazırlıq işləri yüksək səviyyədə aparılır. 
Bundan əlavə Mehriban Əliyeva öz hümanist addımları ilə hər kəsin rəğbətini qazanıb. Bildiyiniz kimi Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktları qəbul olunub. Bu amnistiya ilə 10 minlərlə məhkum azadlığa qovuşub. Eyni zamanda xüsusi qayğıya ehtiyacı olanlar üçün davamlı addımlar atılır. Bütün bunların fonunda onu deyə bilərəm ki, belə bir insitutun yaradılması zamanında atılmış düzgün addımdır.

- Azərbaycanın hərbi sənayesi də durmadan inkişaf etdirilib. Ordu quruculuğunda əhəmiyyətli işlər görülüb. Bu yöndə nə deyə bilərsiniz?

-Hərbi sənayemizin möhkəmlənməsi, güclənməsi yönündə həyata keçirilən işlər göz qabağındadır. Bakıda paradlar təşkil olunur. Səmalarımızda həm Azərbaycanın həm qardaş Türkiyənin qırıcıları öz məharətlərini göstərirlər. Baxın o səmada edilən hərəkətləri bizimlə yanaşı düşmən də seyr edir, izləyir. Artıq onlar qorxuya düşüblər. Səma ilə yanaşı quru qoşunlarının maddi texniki bazasının yüksəldilməsi, sərhəd qoşunları və bütün ordu quruculuğunda ciddi işlər görülür. Aprel hadisələri bir daha onu göstərdi ki. Azərbaycan ordusu düşmən işğalında olan torpaqları hər an işğaldan azad edə bilər. Ancaq Azərbaycan demokratik ölkədir. Beynəlxalq qanunlara riayyət edir. Boiz istəyirik torpaqlar sülh yolu ilə azad edilsin. Ermənistan əgər bütün bunlara məhəl qoymasa o zaman silaha əl atılacaq və cənab prezident, ali baş komandan İlham Əliyevin əmri ilə o torpaqlar düşməndən təmizlənəcək.

Azərbaycanın yeni istehsal olunan silahları beynəlxalq sərgilərdə nümayiş olunur. O zaman elə qürurlamıram ki, artıq biz özümüz silah istehsal edirik. Hərbi sənayenin inkişafı cənab prezidentin diqqət mərkəzində olan bir sahədir. Fikir verirsinizsə İlham Əliyev istər ölkə daxilində, istər beynəlxalq tribunlarında daim Dağlıq Qarabağ məsələsini gündəmdə saxlayır. O, hər çıxışında Ermənistanın işğalçı ölkə olduğunu dünya ictimayyətinə çatdırır. Hətta biz bir millət vəkili kimi beynəlxalq tədbirlərdə olanda bizə sual edirlər ki. Dağlıq Qarabağı nə zaman işğaldan azad edirsiniz? Bu suallar bir daha onu deməyə əsas verir ki. Beynəlxalq güc də Azərbaycanın güclü, qüdrətli dövlət olduğunu qəbul edir.

-Regionların sosial-iqtisadi inkişafı baxımından davamlı addımlar atılır. Dövlət proqramları həyata keçirilir...

-Bəli. Həyata keçirilən dövlət proqramlarının nəticəsində regionların siması dəyişilib. Bakıdan cənuba, eləcədə simala gedən zaman hər bir şəhər və rayonun inkişaf etdiyinin şahidi oluruq. Yol infrastrukturunun mükəmməl qurulması, əhalinin enerjinə, təbii qaza olan tələbatının tam ödənilməsi regionda olan vətəndaşlar üçün əlavə stimul yaradıb. Bir zamanlar rayonlardan Bakıya güclü insan axını var idisə indi vətəndaşlar Bakıdan rayona gedir. Orda yaşamağa, işləməyə üstünlük verir. Bu işlərin həyata keçirilməsində də cənab Prezident İlham Əliyevin xüsusi rolu var. Diqqət etsəniz görərsiniz ki. İl ərzində cənab prezident 1 rayona bir necə dəfə səfər edir. Respublikanın elə rayonu yoxdur ki. Ölkə başçısı orda olmasın. Onun hər səfəri yeni infrastruktur obyektlərinin açılışı ilə yadda qalıb. Bu həm regionların simasının dəyişməsinə, həm də orada yeni-yeni iş yerlərinin açılmasına gətirib çıxarır. Bu işlər işsizılik kimi dünyanı cənginə alan problemin Azərbaycanda azalmasına gətirib çıxarıb.

Bu yaxınlarda cənab Prezident Quba rayonuna səfər etdi. Orda müasir standartlara cavab verən tibbi ocağı istifadəyə verildi. Regionlarda belə səhiyyə obyektlərinin olması təbii ki, orada olan insanların sağlam olmasına, tibbi sahədə olan problemlərin aradan qaldırılmasına gətirib çıxaracaq.

Dəmir yolunu götürək. Artıq Azərbaycanda bu sahədə ciddi işlər görülür. Bakıdan Gəncəyə sürət qatarı ilə qısa zamanda getmək mümkün olacaq. Eyni zamanda Qəbələyə qatarla gedə biləcəyik. Bunları sadalamaqla mən onu demək istəyirəm ki, Həyata keçirilən işlərin kökündə Azərbaycan xalqı dayanır.

-Prezident İlham Əliyev söz və mətbuat azadlığına da xüsusi diqqət yetirir. Bu yöndə nə deyə bilərsiniz?

-Söz və mətbuat azadlığı ilə bağlı Azərbaycanda mövcud durum ürəkaçan səviyyədədir. Bunu bir tək mən demirəm. Beynəxlalq ekspertlər də deyir ki, Azərbaycanda azad mətbuat var, internet istifadəçilərinə heç bir basqı yoxdur, eyni zamanda jurnalistlər təqib olunmur. Dünyanın bir sıra ölkələrində jurnalistlər yazdıqları yazılara görə təqib olunur, öldürülür. Bizdə isə jurnalistlərə yüksək dəyər verilir. Cənab prezident çıxışların birində jurnalistlərin dostu olduğunu bəyan etmişdi. Bu həqiqətən də belədir. Bugün jurnalistlərin mənzil və digər sosial problemlərinin həlli istiqamətində ciddi addımlar atılır. Bu işlər gələcəkdə də davam etdiriləcək. Heç uzağa getməyək. Ötən gün cənab prezident jurnalist Səbuhi Məmmədlinin səhətində olan problemlərin həlli ilə bağlı göstəriş verməsi buna əyani sübutdur.