Hacıbala Abutalıbov: “Heç kimə güzəşt olmayacaq”
"Badamdar yolunun yuxarı hissəsində vəziyyət çox gərgindir. Sürüşmə davam edir”.
Bunu Baş nazirin müavini Hacıbala AbutalıbovModern.az saytınınBadamdar şossesindəki son vəziyyətlə bağlı suallarını cavablandırarkən deyib.
"Mən özüm də ərazidəyəm. Yapon mütəxəssisləri müayinələr aparır. Monitorinqin nəticələrindən asılı olaraq, müavfiq tədbirlər görüləcək. Rəy verilsə ki, burada yaşayış mümkün deyil, o zaman evlər söküləcək.Onsuz da hamısı qanunsuz olaraq tikilib”.
Qeyd edək ki,2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.
Hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Hazırda həmin villalar gözətçilər tərəfindən qorunur.