adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Oktyabr 2018 14:14
7353
GÜNDƏM
A- A+

Rus dili müzakirəsi səngimir

Azərbaycanda hər zaman bütün dillərə, o cümlədən,rus dilinə hörmət, ehtiram olub. Dil öyrənmək, çox dil bilmək məsələsindəheç kim heç kimə müdaxilə etməyib, qarşısını almayıb, əksinə, bunun üçün hər cür şərait yaradılıb.

Azərbaycanda bugün müxtəlif dillərdə tədris prosesi keçirən orta ümumtəhsil və ali təhsil müəssisələri var. Ancaq şəxsən mən də hesab edirəm ki, Azərbaycanda baza təhsili, baza tədrisi mütləq Azərbaycan dilində olmalıdır, gələcəyimiz olan indiki nəsil məhz ana dilində təhsil almalıdır.

Bunu açıqlamasında şair, millət vəkili Tahir Rzayev deyib.

O bildirib ki, ana dili, dövlətdili müqəddəsdir, onu nə iləsə əvəzləmək, eyniləşdirmək olmaz.

Millət vəkilinin bildirdiyinə görə, bu dilə xor baxmaq, bu dildə danışmağı özünə yaraşdırmamaq heç cür qəbuledilən və yolverilənhal deyil:

"Hər bir millət, hər bir toplumöz dilini mükəmməl şəkildə öyrənməli və bilməlidir. Öz dilini bilmədən, öz dilini sevmədən,başqa dili də sevə bilməzsən, səmimi olmazsan. Məsəl var, əvvəl evin içi, sonra çölü. Odur ki, bizdə də dədə-babadan qalma bu prinsip daim gözlənilməli və ona əməl edilməlidir.

Azərbaycanda ana dilinədövlət, ölkə rəhbərliyi səviyyəsində necə böyük önəm verildiyi və diqqət göstərildiyi hər kəsə yaxşı məlumdur. Ona görə ana dilində danışmalı, onu mənimsəməli və təbliğ etməliyik. Bunun da yolu təhsildən, tədrisdən, uşaq bağçasından və orta məktəbdən keçir.

Valideynləri növladlarının rus dilində təhsil almalarını istəməsini anlayışla qarşılayırıq. Buna müdaxilə edilə bilməz. Amma bu məsələdə ifrata varmaq, əndazəni aşmaqolmaz. Bu, bəhsləşməyin yeri deyil.

Valideynlərimiz, insanlarımızöz dilimizinkeşikçisi və qayğıkeşi olmalıdırlar və bu baxımdan, deputat həmkarım Gövhər Baxşəliyevanın fikirlərini yanlış səmtə yozmaq düzgün deyil.

Onun səsləndirdiyi fikirləri qəbul edirəm və hesab edirəm ki, Azərbaycanda təhsil ana dilimizdə aparılmalıdır. Başqa dillərdə danışmaq, başqa dilləri mənimsəmək hər kəs üçün sərbəstdir, azaddır. Buna müdaxilədən söhbət gedə bilməz və getməməlidir”.