BƏLKƏ ARDA TURANIN SAQQALINI QIRXAQ?!
Saqqal qoyanadək gül kimi oğlan idi – gözəl-göyçək, yaraşıqlı. Gözəl-göyçək, yaraşıqlı da oyun sərgiləyirdi. Saqqal qoyandan sonra deyəsən, saqqal ona ağırlıq gətirdi. Oyunu da pozuldu, yaraşığı da, «Barselona» kimi komanda da qovdu. İndi gəlib Türkiyədə top qovalayır, ona-buna da kəllə atır.