adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Oktyabr 2018 13:47
10402
ƏDƏBİYYAT
A- A+

Məmməd Araz Kürdəmirdə də anıldı - Fotolar

Oktyabrın 13-də AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Məmməd Arazın 85 illik yubileyi münasibətilə poeziya günü keçirilmişdir.

Poeziya gününün aparıcısı Regional şöbənin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı tədbiri açaraq Məmməd Arazın Azərbaycan ədəbiyyətındakı müstəsna yerindən, yaradıcılığının xüsusiyyətlərindən danışaraq şairin çap olunduğu ilk günlərdən bu günədək öz daimi oxucusu olan bir şair olmasından, həqiqi milli düşüncəyə və yüksək vətəndaşlıq mövqeyinə malik olmasından bəhs etmişdir. Sonra rayonun Köhnəbazar kənd orta mətəbinin müəllimi, şairə Yadigar Təvəkkül çıxış edərək Məmməd Arazın həyat və yaradıcılığının mühüm məqamlarını tədbir iştirakçılarına çatdırmışdır. Tədbirdə rayonun ümumtəhsil müəssələrinin şagirdləri şairin əsərlərindən seçmələr səsləndirmişlər. Kürdəmir rayon Mərkəzləşmiş Kitabxana Sisteminin əməkdaşı və bədii qirayətçi Ərəstun Sadıqov şairin lirik şeirlərindən səsləndirdiyi parçalar alqışlarla qarşılandı. Tədbirin gedişatında monitorda unudulmaz şairin həyatının mühüm məqamlarını əks etdirən video lentlərin nümayiş etdirilməsi tamaşaçılar tərəfindən maraqla izlənilmişdir.

Tədbirin sonunda əvəzsiz şairin seçmə əsərlərinin səsləndirilməsində fərqlənən şagirdlər Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəxri fərmanı və şairin kitabları ilə mükafatlandırılmışlar.