adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Oktyabr 2018 10:08
7057
MƏMLƏKƏT
A- A+

Sürüşmə ərazisindəki villaların sakinləri köçüblər - Evləri gözətçilər qoruyur

2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol)sürüşmə davam edir, xırda uçqunlar başlayıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovməlumat verib.

O qeyd edib ki, hər 4 saatdan bir ərazidə monitorinq aparılır:

"Dinamikanı nəzarətdə saxlamaq üçün ərazinin üst hissəsindəki evlərin hasarlarına qoyulan gips mayaklarda dəyişiklik, gərginlik hiss olunmur”.

Ə.Qaralovun sözlərinə görə, ərazidəki 8 fərdi evdə yaşayanlar oradan köçürülüb:

"Həyətlərdə gözətçilər evləri qoruyur. Həyətlərinə girmək mümkün olan evlərə baxış keçirdik, ciddi dəyişiklik olmasa da, gərginlik qalır. Ərazi aktiv fazadadır”.

Nazirlik rəsmisi qeyd edib ki, yağıntı baş verərsə, ciddi problem yarana bilər:


"Əsas insan amilidir, amma yağıntı olarsa, təhlükənin miqyası arta bilər”.

Qeyd edək ki, əraziyə yaxın obyeklərini fəaliyyəti dayandırılıb, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evlərində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.


Səbail Rayon İcra HakimiyyətindənModern.az-a verilən məlumata görə, həmin evlərin 8-idə villadır:


"Ərazidə 11 fərdi ev olsa da, 8-də yaşayış vardı. Ailələr müvəqqəti olaraq, digər ərazilərdə yerləşən evlərinə köçüblər. Evlərini isə gözətçiləri qoruyur”.