adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Oktyabr 2018 10:15
4308
GÜNDƏM
A- A+

ATƏT sərhəddə monitorinq keçirəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 16-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbətimonitorinqin keçirilməsiplanlaşdırılır.

Bu barədə Adalet.az-a AzərbaycanMüdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindənATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsininsəhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç keçirəcəklər.