adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Oktyabr 2018 10:07
11576
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: MƏHƏBBƏT ŞƏHİDİ

İndi sükut vaxtıdır
İçində duanı et ...
Sonrada bu törəndən
Kölgə tək çəkilib get...

Göz yaşını kimsəyə
Göstərmə , qəlbinə sıx...
Qəlbinə sığmayanı -
Xəlvətcə dəsmala yığ...

Elə et ki, kirpiklər
Dəyməsin bir-birinə...
Gətirsə də ayağın -
Səni şəhid yerinə...

Özün bir məhəbbətin
Öldürəni , şahidi...
Mən də o məhəbbətin -
Ayaq üstə şəhidi...