adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Oktyabr 2018 17:09
61176
AVTOMABİL
A- A+

Bu dövlət qurumları maşınlarını satır - Qiymətlər

İki böyük dövlət qurumu istifadəsiz avtomobillərini noyabrda keçiriləcək hərraca çıxarıb.

13 noyabr tarixində keçirilməsi planlaşdırılan auksiona ümumilikdə 10 avtomobil təqdim olunub.

Beş avtomobili hərraca Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, digər beş avtomobili isə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsi təqdim edib.

Hərraca çıxarılan maşınların ən bahalısı Energetika Nazirliyinin satmaq istədiyi "Ford Fokus” markalı avtomobildir. Onun start qiyməti 6000 manatdır. Ən ucuz avtomobili də Energetika Nazirliyi təqdim edib - QAZ-3102, start qiyməti 800 manatdır.

Statistika Komitəsi isə bu dəfə hərraca ancaq VAZ markalı avtomobillər təqdim edib. 2007-2008-ci il istehsalı olan VAZ avtomobillərinin ilkin satış qiyməti 2000-2500 manat müəyyən edilib.