adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Oktyabr 2018 14:54
5675
GÜNDƏM
A- A+

Bu meşələrin girişlərinə şlaqbaum quraşdırıldı – Siyahı

Meşələrin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması və kənar müdaxilələrin qarşısının alınması üçün Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Oğuz rayonlarının meşə ərazilərinin intensiv giriş yollarına şlaqbaumlar quraşdırılıb, ağaclar əkilib.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

"Hesab edirik ki, bu cür tədbirlərlə meşələrə müxtəlif müdaxilələrin qarşısı alınacaq və ərazilərin daim nəzarətdə saxlanması mümkün olacaq. Bu tədbirlər respublikanın digər meşə ərazilərində də davam etdirilir, - Nazirliyin məlumatında əlavə olunub.

Qeyd edək ki, mühafizə məqsədilə meşələrin giriş-çıxışlarına kameralar da quraşdırılacaq.