adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Oktyabr 2018 13:47
5642
HADİSƏ
A- A+

Qarabağ kanalında 1 nəfər batdı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ kanalının Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur.

Adalet.az FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.