adalet.az header logo
  • Bakı 20°C
13 Oktyabr 2018 12:41
3093
HADİSƏ
A- A+

Bakıda sərnişin avtobusu qəza törətdi - ölən var

Bakıda sərnişin avtobusunun qəza törətməsi nəticəsində bir nəfər ölüb.

Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

oktyabrın 12-də saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi "Daewoo” markalı 208 saylı xətt avtobusunu qarşıda gedən paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi MAN markalı yük avtomobilinə vurub. Nəticədə MAN markalı avtomobilin arxa hissəsində olan fəhlə Eldar Bayramov hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.