adalet.az header logo
  • Bakı 18°C

KƏNDİMİZİN ŞAİR QIZI

VAQİF YUSİFLİ
40242 | 2018-10-12 23:22

Eyni kənddə doğulmuşuq. Saf suyu, gözəl bulaqları, təmiz havası, yaşıllıqları ilə göz oxşayan Masallının Ərkivan kəndində. Və onu uşaqlıqdan tanıyıram. Bakıya gəldi, ali təhsil aldıgvə günlərin bir günündə Rəsmiyyə Sabirin şeirlərini oxudum. Təbii ki, çox sevindim. Bizim kənd yüzə yaxın alimiylə, müxtəlif sənət sahibləriylə, şöhrətli insanlarıyla tanınır, amma Rəsiyyə Sabir kəndimizin ilk şair qızıdır.
Ancaq mən bu yerliçilik məsələsinə xitam verirəm, indi öz yaşıdları və xanım yazarlar arasında seçilən, fərqlənən Rəsmiyyə Sabirin şeirlərindən söz açmaq istəyirəm. Rəsmiyyənin "Sonun başlanğıcı" adlı lap təzəcə işıq üzü görən şeirlər kitabı qarşımdadır.Kitab Rəsmiyyənin şeirləri barədə qısaca söz açan tanınmış ziyalıların ürək sözləriylə açılır.Xalq şairi Sabir Rüstəmxanlı yazır ki: "Rəsmiyyə Sabirin sözü doğrudan da istedaddan yoğrulan əsl poetik sözdür".Doktor-araşırmaçı Şəmsəddin Kuzəçi (İraq-Kərkük) isə görün nə yazır: "Kelmeleri tespih tanesi gibi düzenli və anlamlı bir şəkilde kullanmaktadır. Türkiye və Türk dünyasında Resmiyye Sabir kadın şairler arasında bir sembol olaraq benimsenmiş və yerini tesait etmişdir".Burada qeyd edim ki, Rəsmiyyə Sabiri Türkiyədə də tanıyırlar, o, Türkiyədə keçirilən şeir yarışmalarında və festivallarında Azərbaycanı təmsil edib. Şeirləri xarici ölkələrdə də çap olunub.
"Sonun başlanğıcı" Yoxdan bu dünyanı var edən Allaha həsr olunan beş şeirlə açılır.

Bu yalan dünyada
iki gerçək yaşadım
Bir ömürdə
iki həyat yaşadım.
Həyat qədər şirin yalan,
ölüm qədər
acı gerçək yaşadım.
Hər şey yalan...
Təkcə sən gerçəksən,
Tanrım!
Hər şey iki,
təkcə sən Birsən, Tanrım!...

Belə şeiri izah eləmək doğru deyil.
Ancaq deyim ki, Rəsmiyyə öz varlığından, Yerdən, Göydən, Kainatdan da ucada dayanan Sirri-Xudaya üz tutur, ondan imdad diləmir, sadəcə, ona olan böyük inam hissini bəyan edir.
Rəsmiyyənin şeirlərində onun şair səciyyəsini -xarakterini açıqlayan iki məqam diqqəti cəlb edir-Etiraz (əslində üsyan) və Şikayət (sızıltısız). Etirazda hiddət, şikayətdə isə taledən, ömürdən-gündəın, cəmiyyətdə baş verən hadisələrdən narazı xallar görürük. Rəsmiyyə Sabirin mənsub olduğu ədəbi nəslin bəzi nümayəndələri də məhz bu gür düşünürlər. Fikirləşirsən ki, bu şairləri doğmalaşdırın nədir? HZəmişə çap olunurlar, daha Qlavlit qorxusu yox. Onları müstəqillik dövrünün yetirmələridir, azad ruhlu şairlərdir, nədən şikayətlidirlər. Amma nə Rəsmiyyəni, nə də onun şair dostlarını qınamaq olmaz. Əvvəla, yaşadığımız dövr çox mürəkkəb və təzadlıdır, hələ də neqativ hallar davam edir, "dözmür bu dərdlərə şair ürəyi" (R.Rövşən).
İkincisi, onların hər birinin taleyində küskünlük, şikayət ondan yaranır ki, həyata təxminən eyni baxış-düzü düz kimi görə bilməmək, əyrini əyri kimi görmək birləşdirir.
Bəziləri hətta həyatın bu gedişatından baş çıxara bilmirlər.
Lakin bu oxşar talelərin şair fərdi üslubu, yəni hər birinin deyim və duyum tərzi ilə eyniləşdirmək istəməzdim. Bu baxımdan Rəsmiyyə Sabir öz yaşıdları olan şairlərdən məhz fərdi üslubu ilə seçilir. Onun şeirlərində hətta yaşıdlarının müraciət etdiyi mövzulara da rast gəlirik, amma Rəsmiyyə yalnız özü kimi, öz düşündüyü kimi yazır, necə deyim-"Rəsmiyyə üslubunu" formalaşdırmağa səy edir və çox şeirlərində buna nail olur.
Xanımlar!
Bayram etməyin * martı,
Beynəlxalq qadınlar gününü!
...hələ də
Qəzzada ölən anaların
səsləri ölməyib.
...hələ də
Xocalıda şəhid olan
Körpələrin gözləri
hər yerdə izləyir bizləri.

Bu şeir 8 martda yazılıb. Ənənəvi tərənnüm şeirlərindən tamam fərqlənir.İctimai mənası var.
Rəsmiyyənin vətənpərvərlik anlayışına da münasibəti fərqlidir.
Bağışla məni, əziz oxucu!
Mən-bu Vətənin
evsiz-eşikçiz,
işsiz-gücsüz şairi
ənənəvi Vətən şekirləri
yaza bilmirəm.
Amma onun "Qarabağ qazisinə", "Ağrı dağı" şeirləri ənənəvi Vətən məhəbbəti ruhundadır.
Bir mətləbi də aydınlaşdıraq. Vətən məhəbbəti-Azərbaycanı sevmək mütləq tərənnüm, vəsf yolu ilə izah oluna bilməz.
Əgər Vətənin bir səfil övladından, bir yuvasızından, hətta bir dilənçisindən şeir yazılırsa (baxır necə şeir?) bunun özu də Vətənə sevgidən yaranmalıdır. "səfillər üçün Vətən" şeirində olduğu kimi. Rəsmiyyə bu şeirdə demək istəyir ki, hətta səfillər də "qurtula bilməz içindəki Vətəndən.
Hara getsə , onu da özüylə aparar. Vətənin tozu-torpağı hopar üst-başını".
"Həyatın rəsmləri" rubrikasında toplanan şeirləri isə Rəsmiyyənin yaşadığımız -sevindiyimiz və kədərləndiyimiz- həyat haqqında düşündüklərini ifadə edir.Bu şeirlərdə R.Sabir publisistik notlara üz tutur. Bəzilərində alınır (əcər publisitika bədiiliyə xələl gətirmirsə).
Amma mən istəməzdim ki, Rəsmiyyə "qaz idarəsində arayış verən məmurları, rüşvətxor həkimləri ifşa" eləsin-"azadlığın çiri olan bir insanı bu müzürr insanların əzilmişinə çevirsin. Amma "Sən insansan"! şeirindəki motiv daha önəmlidir-biganəliyə, mənəvi susqunluğa, ağacları, çiçəkləri, balıqları və əlbəttə, adamları duymayan insanlara məhz ağac, çiçək, balıq diliylə söylənən ərzi-haldır.
Ümumiyyətlə müraciət üsulu-xitab forması Rəsmiyyənən şeirlərinə konkretlik bəxş edirKimsəsiz bir uşağa həsr edilən şeirdə olduğu kimi:
Sənə bir don alsam,
ulduzlar qədər parlaq
geyinsən
Əynində işığı sönər.
Sənə bir yaylıq alsam,
Günəş qədər isti.
Başına örtsən,
Ürəyinin soyuğu
Üşüdər səni.
Sən hər şeydən çox
sevgiyə möhğacsan
haqqın olub
bahalı paltarlar kimi
ala bilmədiyin sevgiyə.

Rəsmiyyə "Yaşadıqlarım" silsiləsində şair "mən"ini, subyektiv, fərdi yaşantılarını ifadə edir.
Ancaq bu fərdilik çevrəsində İnsan və Zaman, İnsan və Dünya, İnsan və Cəmiyyət paralellərini ldə izləyirik. Bu şeirlərdə Qəmin, Kədərin fəlsəfi ahəngi də duyulur. Təbii ki, R.Sabir filosrf deyil, amma varlıq-yoxluq, ölüm-həyat, işıq-qaranlıq təzadları istər-istəməz onun həmin ahəngə çəkib aparır.
Dünya qəm dolu bir massa,
Bir ucdan hey qəm yeyirik.
Dərd şələsinin altında,
"Allaha şükür" deyirik.

Ömrümüzün bahvr vaxtı,
Uçdu könlümüzün taxtı,
Bir bmürdür bu kor baxtı
Arxamızca sürüyürük.

Çərxi-füələk öz işində,
Sıxır bizləri dişində,
Bu cəıhənnəm atəşində,
Bir şam kimi əriyirik.

Rəsmiyyənin "Sahilsiz adam" silsiləsindən qələmə aldığı şeirləri də mən deyərdim, bütün şeirləri içində məxsusidir, seçilir. Nəyə görə? İnsanları mahiyyət etibarilə qruplara çeşidlərə bölmür, sadəcə olaraq tənha insanın tənhalığının sirrini açır, dağlarda döyüşən adamın, dənizə, közə, yarpağa, ruzcara təşbih edilən insanın cizgiləorini yaradır.
Onun sevgi şeirləri də səmimi hisslərdən yoğrulub, süni deyil, təbii yaşantılardır. Və şeirlərdə publisistik notlara rast gəlmirik. Həm də bu şeirlərdə bədii təsvir vasitələrinin çeşidləri ilə rastlaşırıq. Çox istərdim ki, belə təsvir vasitələri daha da bol olsun.

Gəl, çox da aldanma çiçəkli yaza
Bu bahar ömrünə qış gətirəcək.
Qara saçlarına bəyaz qarları
Quru gözlərinə yaş gətirəcək.

Bu ömür yolunda min cür boran-qar,
Üstünə yüklənər savab-günahlar.
Bir zamanlar dara çəkdiyin ahlar
Başının üstünə daş gətirəcək.

Əlbəttə, haqqında söz açdığım "Sonun başlanğıcı" kitabında bəyənmədiyim şeirlər də var. Amma mən bu barədə söhbət açmaq istəmirəm. Sayı çox deyil. Mən Sabir Rüstəmxanlının "Rəsmiyyə Sabirin sözü...əsl poetik sözdür" fikrini bir də xatırlayıram, o sözə haqq qazandırıram və ...kəndimizin ilk şair qızına poetik uğurlar arzulayıram.

TƏQVİM / ARXİV