adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Oktyabr 2018 22:13
2920
GÜNDƏM
A- A+

ABŞ TÜRKİYƏ İLƏ RAZILAŞA BİLƏR?


Türkiyədə həbsdə olan Şimali Karolina ştatının keşişi Endryu Bransonun azadlığa buraxılması ilə bağlı ABŞ administrasiyası Türkiyə hakimiyyəti ilə gizli razılaşma əldə edib. Belə ki, keşiş, növbəti məhkəmə dinləmələrindən sonra azadılğa çıxa bilər. Bunu vəziyyətlə tanış olan iki yüksək vəzifəli məmura istinadən ABŞ-ın NBC telekanalı məlumat verib.
Razılaşmanın detalları dəqiq məlum olmadığından NBC güman edir ki, ABŞ bu razılaşmaya görə Türkiyəyə qarşı iqtisadi təzyiqi zəiflədə bilər.
"Biz keşiş Bransonun günahsız olduğuna və cümə gününə təyin olunan dinləmələrdən sonra ABŞ vətəndaşının həbsdən azad ediləcəyinə inanırıq", - deyə Amerika administrasiyasının əməkdaşı bildirib.
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hizer Nauret isə keşiş Bransonun sərbəst buraxılması məsələsində Türkiyə ilə ABŞ tərəflərinin razılaşdığı xəbərini təkzib edərək, "ABŞ ilə Türkiyə arasında bu barədə müqavilə yoxdur"- dedi. Bransonun sərbəst buraxılmasını ən başdan bəri istədiklərini bildirən, davanı başdan bəri bütün ABŞ hökuməti olaraq təqib etdiklərini deyən Nauret, "sərbəst buraxılması iki ölkə əlaqələri üçün mühüm bir addım olar. Keşiş Branson çox uzun zamandır məhbusdur"-deyə bildirib.
Ehtimal olunur ki, Branson azad olunarsa ABŞ-a qayıdacağı gözlənilir.
Xatırladaq ki, Endryu Branson 20 il Türkiyədə yaşayıb və 2016-ci ildə məlum olaylarla bağlı keçirilən həbs dalğası zamanı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən yaxalanmışdı. Branson Fətullah Gülənlə əlaqədə və casusluqda suçlandırılırdı.
MEHRİBAN