adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
12 Oktyabr 2018 17:53
13805
ELM VƏ TƏHSİL
A- A+

Sabahdan müəllimlərin müddətli müqavilə ilə işə qəbulu başlayır

SabahdanTəhsil Nazirliyisisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulunun dördüncü turu üzrə elektron sənəd qəbulu başlayır.

Təhsil Nazirliyindən verilən məlumata görə, dördüncü turda müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə əvvəlki turlarda uğur qazanmayan, müəllimlərin işə qəbulu üzrə builki və ötənilki müsabiqədə iştrak edən şəxslər qatıla bilərlər.

Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədilə sözügedən prosesdə iştirak edə bilər.

Bakı şəhərinin ümumi təhsil müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu əvvəlki turlarda olduğu kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun dördüncü turu üzrə elektron sənəd qəbulu oktyabrın 14-dək davam edəcək.