adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Oktyabr 2018 17:39
11465
ƏDƏBİYYAT
A- A+

Yazıçılar Birliyində yeni qurum yaradıldı

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Səhnə" yaradıcılıq qurumu fəaliyyətə başlayıb.

Bu barədə AYB-nin katibiRəşad Məcid özünün "Facebook" səhifəsində məlumat yayıb.

O deyib ki, BirliyinGənclər Katibliyi və Dramaturgiya bölməsinin təşəbbüsü ilə yaradılanqurumun əsas məqsədi istedadlı gənc dramaturqların üzə çıxarılmasına qayğı göstərmək və onların formalaşmasınıtəmin etməkdir.

R.Məcid qeyd edib ki, yeni yaradıcılıq qurumunun üzvləri qarşısında tanınmış söz və sənət adamlarının çıxış, mühazirə və ustad dərslərinin keçirilməsi, habelə müzakirə, diskussiya və debatların təşkili nəzərdə tutulur: "Səhnə" yaradıcılıq qurumunun tədbirlərində dramaturgiyaya marağı olan şəxslər, o cümlədən ssenarist və rejissorlar iştirak edə bilərlər. Qurum gələcəkdə öz "praktik-vizual” tədbirlərinin bir qismini teatrlarda və kinostudiyalarda reallaşdırmaq niyyətindədir".

Dramaturq Firuz Mustafa yaradıcılıq qurumunun rəhbəri təyin edilib. Məsul katib vəzifəsi isə rejissor Nicat Qəribə həvalə olunub.

Qurumun ilk tədbiri oktyabrın 29-u saat 12-də AYB-nin Natəvan klubunda keçiriləcək.