adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Oktyabr 2018 17:34
7314
GÜNDƏM
A- A+

“Niyə özümüzə medal təsis etmirik?” - Siyavuş Novruzov

Milli Məclisin iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin medalının təsis edilməsi ilə bağlı təklif irəli sürüb.

Modern.az-ın məlumatına görə, deputat söyləyib ki, hakimiyyətin bütün strukturları özünün medalını təsis edir, amma Milli Məclisin özünün təsis etdiyi medal yoxdur:

"Milli Məclisin xatirə medalı var, lakin onun daşınması mümkün deyil. Milli Məclisin 100 illiyi hər gün olmur. 10-30 il parlament üzvü olan insanlar var.

Niyə bu insanlar medallarla təsis edilməsin? Hər bir təşkilatın medalını təsdiq edirik, lakin özümüzünkünü təsis etmirik.