ANA SƏHİFƏ / GÜNDƏM

Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

1948    |   2018-10-12 17:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli Avropa Mətbuat Şuraları Alyansının Finlandiyanın paytaxtı Helsinkidə keçirilmiş illik toplantısında iştirak edib.

Şuradan Adalet.az-a verilən məlumata görə, MŞ sədri tədbirdəki çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, xüsusən də şikayətləri araşdırması təcrübəsi, eyni zamanda ölkədə söz və ifadə azadlığının vəziyyəti, mövcud sahədəki tendensiyalar barədə geniş məlumat verib.

Ə.Amaşov Şuraya daxil olan şikayətlərdə ifadə olunan başlıca narazılıq motivləri, qurumun çıxardığı qərarlarda əksini tapan məsələlər barədə də söz açıb. Son zamanlar Azərbaycanda internetin sürətlə inkişaf etdiyini vurğulayan MŞ sədri bu cəhətin internet media orqanlarının say tərkibinə təsirini önə çəkib. O, Şuraya daxil olan şikayətlərə də mövcud məqamın sırayət etdiyini konkret faktlarla əsaslandırıb.

Avropa Mətbuat Şuraları Alyansına üzv təşkilatların illik fəaliyyətləri barədə hesabat çıxışlarının səsləndiyi tədbirdə əsas müzakirə mövzularından biri yeni media və sosial şəbəkələr olub. Xüsusən də sosial şəbəkələrdə etik vəziyyət məsələsinə diqqət yetirilib. Ayrı-ayrı panellərdə virtual məkandakı etik tənzimləmə məsələlərinin aktuallığı vurğulanıb. Bildirilib ki, söz və ifadə azadlığının dərinləşməsi baxımından vacib olan sosial şəbəkələr eyni zamanda sui-istifadələr üçün də geniş meydan açmaqdadır. Mövcud durumun fəsadları isə istər-istəməz cəmiyyət həyatına mənfi təsirlərini göstərməkdədir. Buna görə də toplantıda qərara alınıb ki, Alyansın tərkibində üzv ölkələrdə sosial şəbəkələrdəki informasiya yayımının monitorinqini aparan, meylləri izləyən xüsusi işçi qrupu yaradılsın və qrup hər il hesabat təqdim etsin.

Qeyd edək ki, Avropa Mətbuat Şuraları Alyansının toplantısı iki gün davam edib. Növbəti tədbirin gələn il Gürcüstanın paytaxtı Tiflisdə təşkili planlaşdırılıb.




İmza:

Rüstəm Behrudi Mahmud Kaşqari mükafatına laiq görülüb

Azərbaycanın media təmsilçilərinin Gürcüstana səfəri uğurlu nəticələrlə yekunlaşıb

Kərəm Həsənov qanunsuz tikililərlə bağlı tapşırıq verdi

Eldar Əzizov daha bir direktoru işdən çıxardı

Gömrük əməkdaşları üçün baxış-rentgen texnikası üzrə operator təlimi təşkil edilib

Yol polisi sərxoş sürücüləri cərimələdi - REYD

DTX sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun iştirakçılarının sayı artıb

Cavid Qurbanov Bakı-Naxçıvan dəmir yolunun tikintisindən danışdı

İKİ QURUM PUL ÜSTÜNDƏ DALAŞIR

Polkovnik Abdulla Qurbani ürəyindən əməliyyata götürülüb

Azərbaycan Pakistana kredit verməyə hazırdır, məhz bu problemin həlli üçün...

SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK