adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: ARZUOLUNMAZ

ƏBÜLFƏT MƏDƏTOĞLU
51329 | 2018-10-12 16:32

Adətən insan özçevrəsini formalaşdırmağa çalışır. Yəni özünə, qəlbinə, ruhuna doğma bildiyiinsanlarla oturub-durmağa, fikir bölüşməyə, hətta yol-yoldaşı olmağa çalışır. Vəüstəlik, bu çevrə ona dayaq durur, onu ayaqda saxlayır, onun hayına-harayınaçatır. Və beləcə, həmin o çevrənin təmsilçiləribir-biriləri üçün aranıb-axtarılan insanlara çevrilirlər. Yəni onlar arzuedilir... onlar arzu olunmaqla yanaşı, göz önündə, diqqət mərkəzində olurlar...

Beləcə, formalaşırdostluq da, yoldaşlıq da... beləcə, isinişir bir-birinə adamlar... beləcə, güvəncqazanır hər kəs... Və bütün bunların fonundahər kəs kimi sən də, mən də özümüzün gərəkli olduğumuzu, özümüzün dəyərlisaydığımızı ya hiss edirik, ya da hiss etməyə çalışırıq. O yerə, o məqama qədərki, biz özümüzə doğma bildiklərimiz, özümüzə yaxın saydıqlarımız, özümüzün çevrəmizhesab etdiklərimiz bizi də özləri üçün yaxın, doğma çevrə bilirlər. Bax, bununüzərində pöhrələnən həyatın ömürlüyü də, hətta nələrdən, haralardan keçəcəyi dəhiss olunmağa, duyulmağa başlayır. Bu da hardasa yaşama stimul verir. Ürək dahaböyük arzularla, daha böyük istəklərlə çırpınır. Çünki sən özünə doğma bildiklərininiçərisində axtardığını, xəyallarının, yuxularının ADAMını tapırsan. Bilirsənki, bu axtarışlar, bu aramalar, bu yuxusuz gecələr, bu sonsuz xəyallar kiməünvanlanıb, kimin üçün bütün bunlar baş verir və...

Hə, adam o vaxtbir daxili rahatlıq yaşayır ki, axtardığını tapır... güvəndiyinin kimliyinibilir... başını söykəyəcəyi çiyinin kimə mənsub olduğundan əminlik hissiyaşayır... Təəssüf ki, bu dediklərim hər adama hər zaman nəsib olmur. Əgərhansısa bir adama bu tale yazılıbsa, bu qismət düşübsə, onda bəxtəvər onunbaşına. Və el dilində deyildiyi kimi, sağ əli hər kəsin başına!..

Düşünməyin ki, mənyenə pessimist duyğularla, nostalji ovqatla bilgisayar önündə dayanmışam. Xeyr!Onsuz da "qozbeli qəbir düzəldər" deyiblər. Necə varamsa, elə o cür də,o əhvalla da, o duyğularla da içimdəkiləri diqtə edirəm. Yəni yaşadıqlarımı sözəçevirirəm. İstəyirəm ki, SƏN də bu ovqatı göz önünə gətirəsən və biləsən ki,sürət qatarını ötüb keçən zaman heç nəyi eyni nöqtədə saxlamır. Bircə ürəkdəkindənbaşqa. Onu yerindən tərpətmək üçün ürəyi də aparmaq, ürəyi də qoparmaqlazımdır. Təbii ki, ürəyi qoparmaq missiyası fələyə verilib. Mən isə bax elə səningözünün önünə gətirəcəyin bir məqamımisralara çevrirəm.


İstədim ürəyimi

Ürəyinə bələyim...

Gülüb dedin, dəliyəm-

Səndəliyə yar deyim!..


Dondumbir an, amma ki,

Dəlilikdənsınmadım...

Sənözün də danma ki -

Dəliyəinanmadım...


Düşündünki, ötəri

Birduyğudur - sönəcək!

Bir az aşıb qədəri-

Ayılacaq, dönəcək...


Bilmədin ki,yanılan

Özünsən seçimində...

Yoxdur, özgə sən,inan -

Günahı heç kimində...


Sənin əlinqoynunda

Mənim boynumbükülü...

Gətir ömrünsonunda -

Fikrinə bu şəkili...


***

Bütün yaşam müddətisözə çevrilərsə, onu oxuyub bitirmək mümkün olmaz. Çünki insana verilən ömrün hərbir anının özü elə bir ömürlük kitabdı. Deməli, əgər orta hesabla altmış ilyaşasam və bu altmış ilin anlarını da onun sənə bir insan kimi yaşatdıqlarınıyazmağa başlasam, onda görün nə boyda külliyyat alınır. Hələ mən məsələnin obiri tərəfini demirəm. Yəni o yaşanan anın qarşılığı olan anı da bir-biriləqovuşdursan, bir müstəviyə gətirsən, bir az da dəqiq desəm, iki varlığı, iki ürəyibirləşdirib bir varlıq, bir ürək kimi görsən, onda yazılan kitabın həcmini hərkəs öz ölçüyüslə, öz düşüncəsiylə, öz arşınıyla müəyyənləşdirsin. Mən bu yükünaltına çiyin verməkdə çətinlik çəkirəm. Çünki söhbət elə bir duyğudan, elə birömürlükdən gedir ki, onu bu dünyada ancaq seriallar şəklində təsəvvür etməkmümkündür...

Hə, bu fikirlərimingerçəkliyinə inanmaq bəlkə də kimlər üçünsə çətindi və yaxud da gülüncdü. Çünkibəzən iqtisadiyyat mədəniyyəti, mədə mənəviyyatı elə üstələyir ki, onda ölçü dəitir, tərəzi də düz çəkmir. Hətta əlində, ovcunun içində tutduğun da sənəinandırıcı görünmür. Təəssüf ki, dünyamızın bugünkü durumu iqtisadiyyatın mənəviyyatıüyütməyə, əritməyə etdiyi cəhdlərlə daha çox diqqət çəkir. Yəni indi mənəviyyatdaerroziyanın sürəti artmaqdadı. Bu da bütün duyğular kimi həm munis ruha birbaşaaid olan hissləri də sual altına salır. Ona görə də adam bəzən güzgüdə gördüyüözünə də şübhə ilə yanaşır. Özü özündən də bəzən uzaq qaçmağa, uzaq durmağaçalışır. Axı, hər görünən və yaxud hər görüntü reallıq deyil. İnanmırsınız,onda gözünüzün önünə bostan kənarında bostançının düzəldib qoyduğu insanmaketini gətirin. Məgər o həqiqətənmi bostan gözətçisidi? Təbii ki, yox!Ümumiyyətlə, robotlar insan olmadığı kimi, gerçək saydıqlarımızın, gerçək kimigördüklərimizin hamısı da həqiqət, reallıq deyil.

Bu fikrimlərazılaşmamaq sizin ixtiyarınızdadı. Mən isə öz fikrimdə qalmaqla tam səmimi şəkildəvurğulayıram ki, göründüyün kimi olmaq, olduğun kimi görünməkdən mütləq fərqlənir.Ona görə ki, səni olduğun kim Tanrın yaradıb. Göründüyün kimi, özün-özünü təqdimedirsən. Bax, duyğular da belədir. Onu sən istədiyin formada qəbul edirsən,arzu etdiyin kimi qarşılayırsan və yaxud da əksinə. Amma o duyğuların bütünmahiyyətini onu pıçıldayan ürək bilir, onu öz qoynuna alan ürək söyləyir. Onagörə də mənim də kimliyim sənin üçün sual doğurur. Bəlkə də yox! Amma hər haldao sual mənim ürəyimdə misralanıbdı.


Damcı-damcısönürəm

Damcı-damcı ölürəm...

Bir heçliyədönürəm -

Əvvəl kim idim?- heç kim...


Qəmi mehdənduyuram

Qəmi şehləyuyuram...

Nəm çəkməklədoyuram -

Başdan bu yoluseçdim...


Adım dilə dəyatmır

Dil də adımıatmır!..

Kölgəm suda dabatmır -

Düz ortasındankeçdim...


Ürəkqıyma-qıymadı

Onu bir qızqıyladı...

Sevgisiniqıymadı -

Mən əzabınıiçdim...


***

Hər dəfədüşündüklərimi, qurduğum xəyalları kağıza köçürməyə cəhd edirəm. İstəyirəm ki,o xəyal qurduğum an, o düşündüyüm an xəyalla, düşündüyünlə birlikdə heç olmasakağız üzərində gerçəkləşsin. Və mən də yazdıqlarımı kağız kimi yox, gerçəklik kimi görüm. Elə bilim ki, masamınüzərindəki ağ vərəq bir azdan o düşündüklərimi, o qurduğum xəyalları əks etdirəcək.Və mən həmin o dediklərimin hənirini, nəfəsini duyacam, əlinə, telinə toxunabiləcəm. Baxışından isinəcəm, təbəssümündən qanadlanacam... Amma...

Amma bütünbunlar təkcə istək, arzu deyil. Hardasa kimə görəsə həm də bir dəlilik əlamətidi.Ona görə ki, xəyalla, duyğularla baş-başa qalmaq son dərəcə asan və insandanağır yük çəkmək, enerji sərf etmək tələbini ortaya qoymayan bir gerçəklikdir,bir durumdu. Amma həmin o xəyalını qurduğunu, arzusunda olduğunu görmək üçün hərəkətetmək, getmək, vaxt sərf etmək və sairə fiziki anlamda gərəkdir.

Bütün bunlar odeməkdir ki, xəyala, arzuya qovuşmaq üçün ən azından ona doğru getməlisən,yüyürməlisən. Necə deyərlər, yerində oturub xəyal qurmaqla göydən üç alma düşəcəyini gözləməyin heç birfərqi yoxdu. Hər ikisi özünü aldatmaqdı. Və elə çox qəribədi ki, mən də özümüaldatmaqla məşğulam. Özü də bir gün yox, bir il yox, bir ömür boyu...

Hərbir fərd, hər bir insan bir məqsədin, bir yolun yolçusu olur. Doğrudur, Allahumuduna, başlı-başına buraxılmış ömür yolları da var. Amma söhbət anlayışlı, həyatı az-çox dərk edən, nəüçün yaşadığını bilən insandan gedir. Bax, bu mənada boşalan hər bir ürəyiancaq xəbər doldurur. Çəkilən, qeyb olan sevgilərin yurdunda nisgil oturur.Ağrı-acı sahib çıxır həmin əraziyə. Mənartıq bunu tam əminliklə dərk edərək özüm-özümə söyləyirəm ki, nostaljiduyğular bu kədəri azaldan deyil... qurulan xəyallar o acını yalnız o xəyalmüddətində sevinclə əvəz edir. Sonra yenə dərd ağacının çiçəkləri açılır,tumurcuqları meyvəyə çevrilir. Ona görə də bir az gerçəkliyi qəbul etmək, biraz reallığın ətəyindən tutmaq bəlkə də pis olmaz. Yəni artıq dərk etməyinzamanı gəlib çatıbdı ki, arzuolunmazların sırasına doğru yuvarlanırsan. Həyat vəbaş verən hadisələr sənin kürəyinin ardından elə bir zərbəylə, elə bir təkanlaarzuolunmazlara doğru itələyir ki, ayağını yerə nə qədər bərk dirəsən də həminnöqtədə durmaq gücün tükənir.

Ona görə dəümidi tükənmiş adam kimi özün-özünə pıçıldayırsan, özü də son dua kimi.


Sıx özünü ürəyim

Gününü ah etmə sən!..

Sevdin, günah elədin-

Bir də günah etməsən...


Qalan ömrübaşına

Yaşa, baxmayaşına...

Nahaqdan gözyaşına -

Yanağı yol etməsən...


Heyrət içdən gəlirsə

Qəm ürəyi dəlirsə...

Ortada eşq ölürsə-

Hayına gecyetmisən!..


Göz önündə Sənandağ

Olammadın Sənancağ...

Bu dünyada sənancaq -

Yetimliyə yetimsən!..


***

Kim necə düşünürdüşünsün... kim necə istəyir yaşasın... kim necə istəyir sevsin... Bütün bunlarbir azad insanın qanunlarla da, haqla da özünə aid olan seçimidi. Ammaadamların arzulanan və arzuolunmaz kateqoriyasına bölünməsi təkcə bir nəfərinseçimindən, istəyindən asılı olmasın. Amma neyləyək ki, bəzən belə də olur.İndi mən artıq belə seçimin, belə qərarın ilğım yox, gerçəklik olduğunu hissedirəm, duyuram. Həmin o yaşamın içindən də üzü sizlərə tərəf baxa-baxa deyirəm:

- Çalışınarzuolunan olun!..

- Çalışınarzuolunmazların cərgəsinə düşməyin!..

- Çalışın...çalışın ki, sevginizi yaşayın!..


TƏQVİM / ARXİV