bahis siteleri bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri Adalet.az | Kür çayında suyun səviyyəsi azalıb Adalet.az | Kür çayında suyun səviyyəsi azalıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Kür çayında suyun səviyyəsi azalıb

3715    |   2018-10-12 17:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-70, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.

Departamentdən Adalet.az-a verilən məlumata görə, oktyabrın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 130 kubmetr olmaqla ongünlük normanın 77 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 145 kubmetr təşkil etməklə ongünlük normanın 86 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 68 m3/s olmaqla ongünlük normanın 64 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 81 kubmetr təşkil edərək ongünlük normanın 76 faizinə bərabər olub.

Oktyabrın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Salyanda 8, Bankədə 1 santimetr azalma qeydə alınıb, lakin Surrada və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi dəyişməyib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 331 (2017-ci il oktyabrın 12-də 378 sm), Şirvanda 189 (2017-ci il oktyabrın 12-də 273 sm), Salyanda 133 (2017-ci il oktyabrın 12-də 240 sm), Bankədə 170 (2017-ci il oktyabrın 12-də 217 sm), Araz çayının Novruzlu məntəqəsində isə 36 santimetrə (2017-ci il oktyabrın 12-də 102 sm) bərabərdir.



İmza:
SON XƏBƏRLƏR
2019-06-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK