Deputatlar İsveçrəyə gedəcək
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və deputat Kamran Bayramov Parlamentlərarası İttifaqın 139-cu Baş Assambleyasında iştirak etmək üçün oktyabrın 14-dən 17-dək İsveçrədə səfərdə olacaqlar.
Parlamentin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Cenevrə şəhərində keçiriləcək toplantıda "Texnoloji dəyişiklik və innovasiya dövründə sülh və inkişafın təşviqində parlamentlərin rolu” mövzusunda müzakirələr keçiriləcək.
Assambleya çərçivəsində qurumun Dayanıqlı inkişaf və ticarət, Demokratiya və insan haqları, Sülh və beynəlxalq təhlükəsizlik, BMT məsələləri üzrə daimi komitələrinin iclasları və debatlar olacaq.
Burada Milli Məclis Sədrinin müavini Valeh Ələsgərovun Parlamentlərarası Assambleya İttifaqının baş katibi Martin Çunkonqla görüşü nəzərdə tutulub. Səfər zamanı Gənc Parlamentarilərin Forumu keçiriləcək. Deputat Kamran Bayramov forumda iştirak edəcək.
Digər Xəbərlər
23 Aprel 2024 20:33
Bakı və İrəvan vasitəçi olmadan danışırlar - Şarp
23 Aprel 2024 19:46Regiondakı hazırkı vəziyyəti çox müsbət qiymətləndirirəm - Metyu Brayza
23 Aprel 2024 19:29"Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar" - Prezident
23 Aprel 2024 18:43İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı
23 Aprel 2024 18:23