adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Oktyabr 2018 16:58
10610
İDMAN
A- A+

“Qarabağ”dan Qaraya maraqlı təbrik

Bu gün millimizin və "Qarabağ”ın futbolçusu Qara Qarayevin doğum günüdür.

Adalet.az xəbər verir ki, milli futbolçunun bu gün 26 yaşı tamam olur. Onun çıxış etdiyi klubu futbolçunu fərqli tərzdə təbrik edib.

"Qarabağ” klubun rəsmi "Facebook” səhifəsi Q.Qarayevi qapıçı forması və əlcəyi ilə təsvir edərək, təbrik paylaşımını edib. Görünür, buna dünən millinin Farer adaları ilə görüşündə Q.Qarayevin topu iki dəfə qapı xəttindən çıxartması olub.

Qeyd edək ki, millimiz həmin oyunda 3:0 hesabı ilə inamlı qələbə qazanıb.