ANA SƏHİFƏ / MƏMLƏKƏT

Toxum almaq istəyən fermerlərin nəzərinə!

2766    |   2018-10-12 16:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Toxum Fondu tərəfindən Rusiyanın Stavropol vilayətindən gətirilmiş quraqlığa və kəskin iqlim şəraitinə dözümlü 180 ton elit "Qrom” və "Krasnodar 99” buğda toxumlarının satışı həyata keçirilib. Alıcılar ödənişi həyata keçirdikdən sonra yüksək məhsuldarlıqlı toxumları Şəki şəhərində yerləşən anbardan təhvil alıblar.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Adalet.az-a bildiriblər ki, toxumçuların və fermerlərin yüksək reproduksiyalı toxumlara olan tələbatlarını nəzərə alaraq toxumçuluq üçün nəzərdə tutulan elit toxumların gətirilməsi davam etdiriləcək. Bu məqsədlə artıq Stavropol vilayətində toxumçuluqla məşğul olan şirkət ilə 140 ton "Qrom” elit toxumunun gətirilməsi üçün müqavilə bağlanılıb. Müqavilənin şərtlərinə əsasən, qeyd olunan toxum oktyabrın 15-17-də ölkəyə daxil olacaq. Artıq toxum satışı ilə əlaqədar sifarişlər qəbul edilir.

Eyni zamanda Dövlət Toxum Fondu tərəfindən erkən əkilən, yüksək məhsuldarlıqlı və birinci reproduksiyalı kartof toxumlarının gətirilməsi planlaşdırılır. Toxumların sifarişi qəbul olunur və əldə etmək istəyən fermerlər Kənd Təsərrüfatı Nazirliyinin "1652” Çağrı Mərkəzinə müraciət edə bilərlər.



İmza:
SON XƏBƏRLƏR
2018-10-23
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK