Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Paytaxt ərazisində 100-ə yaxın mənzildən oğurluq şəxs saxlanılıb Adalet.az | Paytaxt ərazisində 100-ə yaxın mənzildən oğurluq şəxs saxlanılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Paytaxt ərazisində 100-ə yaxın mənzildən oğurluq şəxs saxlanılıb

5520    |   2018-10-12 14:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində mənzillərdən və saxlanc yerlərindən silsilə oğurluqlar edən paytaxt sakini Zaur Süleykin saxlanılıb.

DİN-dən Adalet.az-a verilən məlumata görə, araşdırma zamanı onun evlərin pəncərələrini və dəmir barmaqlıqlarını sındıraraq pul, qızıl-zinət əşyaları, habelə təmir-tikinti alətləri oğurlaması müəyyən edilib. Z.Süleykinin ətrafında həyata keçirilən əlavə tədbirlərlə onun paytaxtın müxtəlif rayonları, həmçinin Sumqayıt şəhəri ərazilərində bu ilin əvvəlindən saxlanılana qədər 100-ə yaxın mənzildən oğurluq etdiyi məlum olub. O, istintaqa verdiyi ifadəsində təkcə Xətai rayonunda 25 mənzildən oğurluq etdiyini etiraf edib.

Qeyd edək ki, Z. Süleykin oğurluq yolla əldə etdiyi qızıl-zinət əşyalarını paytaxtın müxtəlif ərazilərində yerləşən ticarət mərkəzlərində satıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Gördüyünüz bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.




İmza:
SON XƏBƏRLƏR
2019-02-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əlisəmid Kür ocaqda qızarmış dəmir parçasını maşa ilə götürür, Hidayət Elvüsal:
- Ə, ehtiyatlı ol, əlini yandırarsan.
Əlisəmid:
- Heç nə olmaz. İstəyirsən on manat ver onu dilimlə yalayım.
Hidayət müəllim maraqla çıxardıb on manatı Əlisəmidə uzadır. Əlisəmid on manatı yalayıb qoyur cibinə.




digər lətifələr
ARXİV
FACEBOOK