adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Oktyabr 2018 14:46
5677
HADİSƏ
A- A+

Sumqayıtda 4 tələbə dönərdən zəhərlənib

Sumqayıt şəhərində kütləvi zəhərlənmə olub.

Adalet.az "Report”a istinadən xəbər verir ki, Sumqayıt Musiqi Kollecinin tələbələri - 16 yaşlı Ləman Əsgərova, 17 yaşlı Turac Abdinova, 17 yaşlı Bahar Əhmədova və 18 yaşlı Aydan Abdullayeva qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı onların Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən dönərxanaların birindən alıb yedikləri dönərdən zəhərləndikləri məlum olub.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.