adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Oktyabr 2018 12:59
9646
SİYASƏT
A- A+

Azərbaycanlı deputatlar Rusiya parlamentinin sədrinə müraciət hazırladılar - ETİRAZ

Milli Məclisin deputatlarının oktaybrın 7-də bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfəri ilə bağlı mövqelərini bölüşürəm. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu həm Rusiya parlamentinin sədri Volodinə, eyni zamanda digər komitələrə səsləndirilən kəskin arqumentlərlə birlikdə müraciət hazırlayıb”.

Bunu Milli Məclisin iclasında parlamentin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli deyib.

"Bu müraciəti həm mən, həm də Azərbaycan-Rus icmasının sədri Mixayıl Zabelin imzalayacaq. Biz buna münasibət bildirmək istəməzdik, amma Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsi sədrinin birinci müavininin səfəri bizi buna vadar etdi”.(modern.az)