Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | ABŞ-la Türkiyə arasında gizli razılıq əldə olunub Adalet.az | ABŞ-la Türkiyə arasında gizli razılıq əldə olunub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

ABŞ-la Türkiyə arasında gizli razılıq əldə olunub

6750    |   2018-10-12 12:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vaşinqton və Ankara Türkiyədə ev həbsində olan amerikalı keşiş Endryu Bransonun sərbəst buraxılması barədə gizli razılığa gəlib.

AzVision.az xəbər verir ki, bu barədə NBC telekanalı ABŞ administrasiyasının yüksək vəzifəli şəxslərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, məhkəmənin bu gün keçirəcəyi iclasda Bransonun azad olunması barədə qərar çıxarılacaq və amerikalı keşiş yaxın günlərdə ABŞ-a qayıdacaq. Mənbələrin dediyinə görə, məhkəmə Bransonun üzərindəki bütün ittihamları götürəcək.

Gizli razılaşmanın detalları tam bəlli olmasa da, danışıqların gedişi ilə tanış olan amerikalı məmurlar bildiriblər ki, Bransonun sərbəst buraxılmasının əvəzində ABŞ Türkiyəyə iqtisadi təzyiqlərini azaldacağına söz verib. Bununla belə, Tramp administrasiyasında Ankaranın bu sövdələşməyə əməl edəciyinə şübhə ilə yanaşırlar. Çünki artıq bir neçə ay öncə Türkiyə keşişi azad edəcəyinə söz versə də, bunu etməyib.

Qeyd edək ki, bu gün Türkiyə Konstitusiya Məhkəməsində Endryu Bransonun sərbəst buraxılması üzrə apellyasiya şikayətinə baxılacağı gözlənilir.

Xatırladaq ki, amerikalı keşiş Endryu Branson hazırda Türkiyədə ev dustağıdır. O, Türkiyədə terroru dəstəkləməkdə, həmçinin FETÖ və PKK terror təşkilatları ilə əməkdaşlıqda ittiham olunur. Cinayəti məhkəmə tərəfindən təsdiqlənsə, onu 35 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Vaşinqton onun azadlığa buraxılmasını tələb etsə də, Ankara keşişin həbsinin qanuni olduğu və kifayət qədər dəlillərə əsaslandığını bildirir. Lakin avqustun 1-də ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylunu insan hüquqlarını kobud şəkildə pozmaqda günahlandıraraq onlara qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib. Vaşinqtonun bu addımı ikitərəfli münasibətlərdə gərginliyi daha da artırıb.

Avqustun 10-da isə ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin tətbiqi barədə qərar verib. Türkiyədən alınan alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunur. Trampın bu qərarı ilə türk lirəsi dollar qarşısında rekord tarixi enişini yaşayıb. Ümumilikdə, bu il ərzində lirə dollara nisbətdə 40 faiz ucuzlaşıb.




İmza:
SON XƏBƏRLƏR
2019-02-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir Ağdam yumoru

Ağdamda Çayçı Zeynal adlı bir nəfərin anası xəstələnir. Canı ağrıyan arvad deyir:
- Ölürəm, ay Zeynal.
Zeynal deyir:
- Ay nənə, başına dönüm, yayın bu cırhacırında ölmək vaxtıdır? Bir az döz görək, nağayırırıq.
Bunun üstündən bir müddət keçir. Payızda arvad yenə xəstələnib"ölürəm" deyəndə Zeynal qayıdır ki:
- Nənə, saa qurban olum, heylə iş görmə, qohum-əqrəbada neçə dənə toy var, xalxın işin pozma.
İki-üç ay keçir, qarlı-yağışlı qış günlərində arvad yenə başlayır ki, "Zeynal, taa ölürəm".
Zeynal deyir:
- Aaz, bizi söyüş yiyəsi eləmək istəyirsən. Bu palçıqda ölmək olar?
Mart ayında arvadın yenə pristupu tutur:
- Zeynal, taa doğrudan ölürəm.
- Ay nənə, bəs indi ölmək vaxtıdır, bir az toxtaq ol görək. Novruz bayramıdır, hamı deyir, gülür. Bizi peşiman eləmə.
- Gör bu gədə məni nətər avara qoyub ey.




digər lətifələr
ARXİV
FACEBOOK