adalet.az header logo
  • Bakı 12°C

Əczaçılıqdan filmə

373414 | 2018-10-13 19:50

Sinan Çetin1953-cü ildə Vanda doğulub. Gömrük mühafizə məmuru Mehdi bəy və Şevket xanımın səkkizövladından biri idi. Atasının işinə görə ailəsi Ankaraya köçür və təhsilinəburada başlayır. Samanpazarındakı Sakalar məktəbindən sonra Gazi liseyini bitirənÇetin əvvəlcə bir müddət Hacettepe Universitetində əczaçılıq üzrə, sonra sənəttarixi üzrə təhsil alır.

Birincihəyat yoldaşı Hale Sözmendən Rüzgar adlı bir oğlu olan Çetin filmlərindəkinomatoqraf olaraq işləyən Rebekka Haas ilə 1990-cu ildə evləndi. CütlüyünCemo, Orfeo və Tess Sahara adlı üç övladı var.

Universitetillərində rəsm, qrafika və fotoqrafla maraqlanan Şetin siyasi qrupların və nəşriyyatlarınemblemlərini hazırladığı, braşuralarını düzəltdiyi Gənc Fotoqrafik şirkətiniqurdu (GFG). Ora o dövrdə naşirlərin və intellektualların sıx-sıx gəlib-getdiyiyer idi.

1976-cıildə Çağdaş Səhnədə verilişlər hazırlayarkən fotoqrafla maraqlananlarla təmasakeçir və Ankara Fotoqraf Sənətçiləri dərnəyini yaradır. Aziz Nesin, ÇetinAltan, Uğur Mumcu kimi adamlar burada gənclərlə görüşürdü.

Çetin gənclikillərindən etibarən film sahəsinə maraq göstərməyə başlayır. Pul yığıb 8 mm-likbir Canon aparatı alıbbu marağını professional bir işə çevirməyə imkan tapır.Əvvəlcə 11 dəqiqəlik qısa bir film olan "Basqın”ı çəkir. Bu filmdə evi basqınauğrayan bir qrup inqilabçıdan bəhs olunur.

1975-dəZeki Öktenin çəkdiyi "Hanzo” filmində asistanlıq edən Çetin artıq filmsektoruna addımını atmışdı. Gənc rejissor 1977-də baş rolda Ahmet Mekininoynadığı "Halının türküsü” adlı filmə rejissorluq edir. Bu film 65 dəqiqəlikbir film idi. Ancaq Moskva film festivalına çıxmağı üçün 34 dəqiqəyə qədəraşağı salındı. Bugün tək sürətinin Moskvada olduğu zənn edilən film eynifestivalda Çetine ən uğurlu gənc rejissor mekafatını qazandırdı.

Çiçek Abbas

Çetinin ənçox önə çıxan "Çiçek Abbas” filmi eyni qadına aşiq olan avtobus sürücüsü,fırıldaqçı Şakir ilə saf və xoşniyyətli müavini Abbas arasındakı mübarizədən bəhsedirdi. Yavuz Turqulun ssenarisini yazdığı filmdə Abbas sevdiyi qadınla evlənəbilmək üçün balaca, köhnə bir avtobus alıb Şakirə rəqib olurdu. Amma Şakirinhiylələri cütlüyün önündə böyük bir əngəl idi. 1980-ci ildə çəkilən film odövrdə qəzetlərdə çıxan bir avtobus sürücüsünün sevdiyi qızı qaçırtması xəbərindənilham almışdı.

Çirkinlər də sevər

Anadoludabir kənddə yaşayan kasıb və saf dəliqanlı Mazlumun hekayəsinə köklənən bu film "filmiçində film” üslubunda idi. Mazlumun həyatı kəndlərinə gələn film ulduzuna aşiqolunca dəyişir. Mazlum xəyallarının qadını olan Müjde Arın arxasınca gedir. Çetinmüsahibələrinin birində filmin əsas adının "Odama düşən yıldız” (Otağıma düşənulduz) olduğunu və filmin adının prodüssürlərin istəyi ilə dəyişdiyini demişdi.

Filmkaryerası boyunca bir çox filmin rejissoru olan Çetin eyni zamanda TaylanBiraderler, Gülse Birsel, Tolqa Çevik kimi məşhurlaşan insanlara dəstək verib. "Okul”,"Pardon”, "Avrupa yakası”, "Komedi dükkanı” kimi film və TV-də önə çıxan əsərlərəprodüsserlik edib.


TƏQVİM / ARXİV