bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | Əczaçılıqdan filmə Adalet.az | Əczaçılıqdan filmə Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əczaçılıqdan filmə

118498    |   2018-10-13 19:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sinan Çetin 1953-cü ildə Vanda doğulub. Gömrük mühafizə məmuru Mehdi bəy və Şevket xanımın səkkiz övladından biri idi. Atasının işinə görə ailəsi Ankaraya köçür və təhsilinə burada başlayır. Samanpazarındakı Sakalar məktəbindən sonra Gazi liseyini bitirən Çetin əvvəlcə bir müddət Hacettepe Universitetində əczaçılıq üzrə, sonra sənət tarixi üzrə təhsil alır.

Birinci həyat yoldaşı Hale Sözmendən Rüzgar adlı bir oğlu olan Çetin filmlərində kinomatoqraf olaraq işləyən Rebekka Haas ilə 1990-cu ildə evləndi. Cütlüyün Cemo, Orfeo və Tess Sahara adlı üç övladı var.

Universitet illərində rəsm, qrafika və fotoqrafla maraqlanan Şetin siyasi qrupların və nəşriyyatların emblemlərini hazırladığı, braşuralarını düzəltdiyi Gənc Fotoqrafik şirkətini qurdu (GFG). Ora o dövrdə naşirlərin və intellektualların sıx-sıx gəlib-getdiyi yer idi.

1976-cı ildə Çağdaş Səhnədə verilişlər hazırlayarkən fotoqrafla maraqlananlarla təmasa keçir və Ankara Fotoqraf Sənətçiləri dərnəyini yaradır. Aziz Nesin, Çetin Altan, Uğur Mumcu kimi adamlar burada gənclərlə görüşürdü.

Çetin gənclik illərindən etibarən film sahəsinə maraq göstərməyə başlayır. Pul yığıb 8 mm-lik bir Canon aparatı alıbbu marağını professional bir işə çevirməyə imkan tapır. Əvvəlcə 11 dəqiqəlik qısa bir film olan "Basqın”ı çəkir. Bu filmdə evi basqına uğrayan bir qrup inqilabçıdan bəhs olunur.

1975-də Zeki Öktenin çəkdiyi "Hanzo” filmində asistanlıq edən Çetin artıq film sektoruna addımını atmışdı. Gənc rejissor 1977-də baş rolda Ahmet Mekinin oynadığı "Halının türküsü” adlı filmə rejissorluq edir. Bu film 65 dəqiqəlik bir film idi. Ancaq Moskva film festivalına çıxmağı üçün 34 dəqiqəyə qədər aşağı salındı. Bugün tək sürətinin Moskvada olduğu zənn edilən film eyni festivalda Çetine ən uğurlu gənc rejissor mekafatını qazandırdı.

Çiçek Abbas

Çetinin ən çox önə çıxan "Çiçek Abbas” filmi eyni qadına aşiq olan avtobus sürücüsü, fırıldaqçı Şakir ilə saf və xoşniyyətli müavini Abbas arasındakı mübarizədən bəhs edirdi. Yavuz Turqulun ssenarisini yazdığı filmdə Abbas sevdiyi qadınla evlənə bilmək üçün balaca, köhnə bir avtobus alıb Şakirə rəqib olurdu. Amma Şakirin hiylələri cütlüyün önündə böyük bir əngəl idi. 1980-ci ildə çəkilən film o dövrdə qəzetlərdə çıxan bir avtobus sürücüsünün sevdiyi qızı qaçırtması xəbərindən ilham almışdı.

Çirkinlər də sevər

Anadoluda bir kənddə yaşayan kasıb və saf dəliqanlı Mazlumun hekayəsinə köklənən bu film "film içində film” üslubunda idi. Mazlumun həyatı kəndlərinə gələn film ulduzuna aşiq olunca dəyişir. Mazlum xəyallarının qadını olan Müjde Arın arxasınca gedir. Çetin müsahibələrinin birində filmin əsas adının "Odama düşən yıldız” (Otağıma düşən ulduz) olduğunu və filmin adının prodüssürlərin istəyi ilə dəyişdiyini demişdi.

Film karyerası boyunca bir çox filmin rejissoru olan Çetin eyni zamanda Taylan Biraderler, Gülse Birsel, Tolqa Çevik kimi məşhurlaşan insanlara dəstək verib. "Okul”, "Pardon”, "Avrupa yakası”, "Komedi dükkanı” kimi film və TV-də önə çıxan əsərlərə prodüsserlik edib.




İmza:Eminquey

YAZARIN ARXİVİ

2019-06-24 : TUTDƏY QUŞU
2019-06-19 : KAFE MÜDİRİ
2019-06-19 : İkinci anam
2019-06-18 : Alın yazısı
2019-06-14 : GÖYDƏRİLİ LAL
2019-06-12 : Super Analar
2019-06-12 : "BALACA GÜNƏŞ"
2019-06-04 : TÜRK ŞAKASI
SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK