adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Oktyabr 2018 11:45
5841
HADİSƏ
A- A+

Türkiyədə Azərbaycana məxsus yük maşını çaya düşdü: yaralılar var

Türkiyənin Kayseri vilayətində Azərbaycan seriyalı "99-AZ-285” dövlət qeydiyyat nişanlı yük avtomobili qəzaya uğrayıb.

Adalet.az-ın Trend-ə istinadən məlumatına görə, avtomobil 15 metr yüksəklikdən Kızılırmak çayına düşüb.

Qəzada eyni zamanda dörd avtomobilə ziyan dəyib.

Hadisə nəticəsində ümumilikdə 7 nəfər yaralanıb. Onların şəhər xəstəxanasına çatdırıldığı, vəziyyətlərinin normal olduğu bildirilir.

Yol-nəqliyyat hadisəsinin hansı səbəbdən baş verdiyi araşdırılır.