adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Oktyabr 2018 11:44
10662
SİYASƏT
A- A+

Trampın müşaviri Azərbaycana gəlir

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton oktyabrın 20-də Azərbaycana səfər edəcək.

Adalet.az xəbər verir ki, bu barədə C.Bolton "Twitter"dəki səhifəsində yazıb.

Müşavir qeyd edib:"Təhlükəsizliklə bağlı bir sıra məsələlərdə ABŞ-ın maraqlarının təşviqi üçün həmkarlarımla və digər yüksək vəzifəli şəxslərlə görüşmək üçün oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana gedəcəyəm".