Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Bu əsərlərin içində dəhşətli sirlər gizlənib - ARAŞDIRMA Adalet.az | Bu əsərlərin içində dəhşətli sirlər gizlənib - ARAŞDIRMA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Bu əsərlərin içində dəhşətli sirlər gizlənib - ARAŞDIRMA

11235    |   2018-10-21 12:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünya ədəbiyyatında şah əsərlər var ki, biz onları dönə-dönə oxuyuruq. Tarixdə iz qoymuş bu əsərlər haqda maraqlı faktlar mövcuddur. Adalet.az sizlərə həmin əsərlərdən diqqət çəkən faktları təqdim edir.




Conatan Svift - "Qulliverin səyahəti”


Yazıçı, "Qulliverin səyahəti” romanında Mars planetinin iki peykindən, həmçinin, onların Mars ətrafında dövretmə sürətindən bəhs edib. Dəqiq hesablamalar aparıb. XX əsrdə astronomlar müasir texniki avadanlıqların sayəsində həmin hesablamaların doğruluğunu təsdiqlədilər. Lakin C. Sviftin o zamankı məhdud imkanlar hesabına bunu necə etdiyi hələ də sual altındadır.




Viktor Hüqo – "Səfillər”


Romantizm cərəyanının ən önəmli nümayəndələrindən olan Viktor Hüqonun ən məşhur əsərlərindən biri "Səfillər”dir. Əsəri oxuyanlar içərisindəki uzun cümləni bilirlər. Bilmədiyimiz isə bu cümlənin içərisində tam olaraq 823 söz vardır. Eyni zamanda 3 səhifə tutur bu cümlələr. Fransa Ədəbiyyatının ən uzun cümləsi olaraq qəbul edilir.




Ernest Vinsent – "Gadsby”

"Gadsby” romanı dünya ədəbiyyatında yazılması ən müşkül romanlardan biri sayılır. Müəllif əsəri yazarkən qarşısına "e” hərfi işlətməmək kimi məqsəd qoymuşdu. Yazıçı sübut etmək istəyirdi ki, hətta belə ciddi maneəni də aşıb ortaya yaxşı əsər qoymaq olar. Wright "e”nin mətnə təsadüfən düşməsini önləmək üçün makinəsindən həmin hərfi çıxarmışdı. Bundan sonra öz söz ehtiyatını sınağa çəkərək romanı yazmağa başlamışdı. Amma o, kitabın uğuruna sevinə bilmir, çünki elə kitab çıxan il vəfat edir.




Sir Artur Konan Doyl – "Şerlok Holms


Yazıçı Artur Konan yoxsulluqdan xilas ola bilmək üçün yazmağa qərar verir və "Şerlok Holms” əsərini qələmə alır. Əgər möhtəşəm bir həyatı olsaydı bəlkə də əfsanəvi romanı heç vaxt oxuya bilməyəcəkdik.




Tolstoy – "Hərb və Sülh”

Ən önəmli əsərlərdən biri olan "Hərb və Sülh” kopyalama maşınlarının ixtira olunmadığı dövrdə yazılmışdır. Buna görə də Tolstoyun həyat yoldaşı bu əsərin əl yazmasını 7 dəfə yazıb kopyalamışdır.




Mark Tven – "Tom Soyerin macəraları


Məşhur mizah yazıçılardan biri olan Mark Tven Remington firmasının makina alan ilk müştərilərindən biridir. Və məşhur kitabı "Tom Soyerin macəraları” dünya ədəbiyyatında makinada yazılan ilk kitab olaraq bilinməkdədir.




Dostoyevski – "Qumarbaz"


Fyodor Dostoyevski məşhur "Qumarbaz” əsərini qumarda uduzduğu borcu qaytarmaq üçün cəmi 25 günə yazıb. Romanı yazmaq üçün vaxtı çatmadığında əlavə stenoqraf tutur. Həmin stenoqrafla-Anna Qriqoryevna ilə iki ildən sonra evlənir.



Vladimir Nabokov – "Lolita”

Vladimir Nabokovun "Lolita” romanı ABŞ, İngiltərə və Latın Amerikası ölkələrində qadağan edilib. Lakin maraqı bir statistika var: roman ABŞ-da qadağan edildiyi ilk iki həftə ərzində qeyri-qanuni şəkildə 100 min tirajla satıldı.



"Səfillərdəki o cümlə:

"Tarix onun atasının öz dövründə vəziyyəti yumşaltmasını etiraf edir; lakin onun atası məzəmmətə nə qədər layiqdisə, bu, o qədər hörmətə layiqdi; Lui-Filippdə qeyri-rəsmi bir adamın malik olduğu bütün fəzilətlər və ictimai xadimin bəzi fəzilətləri var idi; o öz səhhətinin, öz varının, öz şəxsiyyətinin, öz işlərinin qeydinə qalırdı; o, bir dəqiqənin qiymətini bilsə də, bəzən bir ilin qiymətini bilməzdi; o, sakit, təmkinli, səbirli, dinclik sevən şəxs idi; xoştəbiətli bir adam, mərhəmətli bir hökmdar idi; arvadına sədaqətli idi; sarayında bir neçə xidmətçi saxlardı: bu xidmətçilərin vəzifəsionun ər-arvada aid olan yatağını burjualara göstərməkdi. Abırlı ailə həyatı ilə lovğalanmaq indi faydalı olmuşdu, çünki əvvəlki nəsil xəttində qeyri-qanuni əlaqələri xüsusi olaraq nəzərə çarpdırardılar. O, bütün Avropa dillərini və daha nadir olan bir şeyi – bütün mənafelərin dilini bilirdi, bu dildə danışmağı bacarırdı; ―orta təbəqənin füsunkar nümayəndəsi idi, lakin bu təbəqədən hər barədə üstün olduğu üçün ondan yüksəkdə dururdu; öz əqli ilə fərqlənməklə və öz şəcərəsinin qədr-qiymətini bilməklə bərabər, hər şeydən əvvəl, öz daxili keyfiyyətini qiymətləndirirdi, hətta mənşəyi haqqında qəribə bir mövqe tutaraq, özünü -Burbon deyil, - Orlean adlandırmışdı; o, ancaq - həşəmətli olanda özünü nəslin birinci şahzadəsi kimi tuturdu, lakin ―Əlahəzrət olan gündən xalis burjua oldu; camaat içində çox, yaxın adamları arasında az danışardı; hamı onun xəsis olduğunu deyirdi, ancaq bu, sübut olunmamışdı. Əslində, o, elə qənaətcil adamlardan idi ki, belə adamlar iş şıltaqçılığa, ya öz vəzifəsini yerinə yetirməyə çatanda bədxərc olurlar; o, çox kitab oxumuşdu, lakin ədəbiyyatı az hiss etmişdi; dvoryan idi, lakin rıtsar deyildi; sadə, sakit və qüvvətli idi; ailəsi və xidmətçiləri pərəstiş edəcək dərəcədə onu çox istərdi; öz söhbəti ilə adamı valeh edirdi; daxilən laqeyd, həmişə, ancaq ən vacib, ən zəruri şeyləri düşünən, həmişə ancaq bu günü nəzərə alan, kin bəsləməyən, minnətdarlıq etməyən, ayıq bir dövlət xadimi idi; məşhur adamlardan hədsiz dərəcədə istifadə edir, adi adamları sakit buraxırdı, çox bicliklə parlamentdə olan çoxluğun köməyi ilə təqsiri ondan narazı olan, boğuq-boğuq uğuldayan gizlin birləşmələrin üzərinə yıxa bilirdi; fikrini açıq söylərdi, bəzən bu məsələdə ehtiyatsızlıq edirdi, lakin bu ehtiyatsızlığında çox məharət göstərirdi; vasitə, süni bir sima, maska seçməkdə tükənməz bacarığa malikdi; Fransanı Avropa ilə, Avropanı Fransa ilə qorxudurdu; Vətənini sevməsinə şübhə ola bilməzdi, lakin ailəsini daha çox sevirdi; hakimiyyəti nüfuzdan, nüfuzu ləyaqətdən üstün tuturdu; bu, pis meyil idi; o mənada pis idi ki, bu meyil hər şeyi müvəffəqiyyətə tabe etməklə hiyləgərliyə yol verir, alçaqlığı həmişə inkar etmir; lakin bu meyildə bir üstünlük var ki, siyasəti sərt təkanlardan, dövləti dağılmaqdan, cəmiyyəti fəlakətdən qoruyur. Lui-Filipp nəzakətli, ayıq, diqqətli, arif, yorulmaq bilməyən, hərdən öz-özünə zidd gedən, sözünü geri götürən xırdaçı bir adamdı; o, Ankonada Avstriyaya qarşı cəsarətli, İspaniyada İngiltərəyə qarşı inadkar olur. Antverpeni topa tutur, Pritçarda pul verirdi; ―Marselyozanı ürəkdən oxuyurdu; məyusluğun, yorğunluğun, gözəlliyə və ideala vurulmağın, ağılsızca alicənablıq etməyin, utopiyanın, xülyanın, hiddətin, Şöhrətpərəstliyin, qorxunun nə olduğunu bilmirdi; Şəxsi cəsarətin hər növünə malikdi; Valmi vuruşmasında general, Jemap vuruşmasında əsgərdi. Səkkiz dəfə ona sui-qəsd edilmiş, öldürmək istəmişlər, lakin o, həmişə gülümsəmişdi; qrenador kimi cəsarətli, mütəfəkkir kimi ürəkli idi; o, ancaq Avropa dövlətləri əsasının sarsıla biləcəyindən qorxurdu, böyük siyasi avantüralar etməyə qabil deyildi; öz işini yox, öz həyatını həmişə təhlükəyə verməyə hazırdı. Öz hakimiyyətini təsir şəkildə büruzə verir, ona bir kral kimi deyil, ağıllı bir adam kimi tabe olunmağı üstün tuturdu; irəlini görmək deyil, müşahidə etmək qabiliyyətinə malikdi; ruhlarla az maraqlanırdı, lakin adamları çox yaxşı tanıyırdı, başqa sözlə, ancaq gördükləri haqqında mühakimə yürüdə bilirdi; sağlam düşüncəyə,

hadisələri dərindən görən canlı, praktik əqlə, danışmaq qabiliyyətinə, böyük bir hafizəyə malikdi; həmişə də hafizəsindəki şeylərdən istifadə edirdi, o ancaq bu cəhətdən Sezara, Aleksandra, Napoleona oxşayırdı; faktları, ayrı-ayrı təfərrüatları, hadisələrin tarixini, adam və şey adlarını bilsə də, məqsədin, ehtirasın, çoxcəhətli kütlə mənəviyyatının, gizlin ümidlərin, qəlbin məxfi və məchul çırpıntılarının, bir sözlə, - şüurun yeraltı cərəyanları adlandırmaq olan şeylərin nə olduğunu bilmirdi; o, Fransanın yuxarı təbəqələri tərəfindən tanınsa da, aşağı təbəqələrlə az əlaqədar idi, çətinlikdən hiylə ilə çıxırdı; idarəçiliklə həddindən artıq məşğul olur, lakin kifayət qədər hökmdarlıq etmirdi; öz-özünün birinci naziri idi; xırda şeylərdən böyük ideyalara çox ustalıqla əngəl törədə bilirdi; tərəqqiyə, qayda-qanuna, təşkili işlərə kömək etməyi çox bacarıqla formalizm və maneələrlə birləşdirirdi; onda həm Böyük Karl, həm də minnətçi sifəti vardı, o, sülalənin həm banisi, həm də vəkili idi; ümumiyyətlə, görkəmli və orijinal bir şəxsiyyətdi: Fransanın təşvişinə baxmayaraq, hakimiyyəti möhkəmləndirdi, Avropanın bədxahlığına baxmayaraq, qüdrətini artırdı; Lui-Filipp öz dövrünün tanınmış adamları sırasına daxil ediləcəkdir; şöhrəti bir az çox xoşlasaydı, faydalı olmaq hissi qədər də böyüklük hissinə malik olsaydı, tarixdə ən məşhur hökmdarlar sırasında yer tutardı.”



İmza:Oğuz Ayvaz
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK