adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
11 Oktyabr 2018 11:26
8836
MƏMLƏKƏT
A- A+

Gənc psixoloqdan maraqlı təklif

Psixoloq Vüsalə Kərimova uşaq evlərində daha yüksək xidmətin göstərilməsi üçün təkliflərlə çıxış edib. 

Qeyd edib ki, uşaq evlərinin sakinlərinə cəmiyyətin diqqətini daha da artırmaq üçün könüllü valideyn qurupları yaratmaq olar. Onun sözlərinə görə, bu quruplarda müəllim, həkim, psixoloq valideynlər yer alacaq ki, onlar müəssisədə olan uşaqlarla həm söhbət edəcək, həm onları maarifləndirəcək həm də onlara dəstək olacaq. Artıq bu istiqamətdə sosial kompaniya başlatdığını bildirən Vüsalə kərimova onu da vurğulayıb ki, bu quruplar evni zamanda sosial şəbəkə üzərindən iş aparacaq. Yəni, sağlamlıq imkanı məhdud uşaqlarla, eləcədə psixoloji problemləri olan uşaqlarla iş aparılacaq. Onların cəmiyyətə adaptasiyası prosesi həyata keçiriləcək. Psixoloq onu da qeyd edib ki, könüllülük prinsipi ilə yaradılan qurupun daimi fəaliyyəti təmin edilməsi qarşıya qoyulan məqsəddir.