Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Nobeli almış hələlik ilk azərbaycanlı - ARAŞDIRMA Adalet.az | Nobeli almış hələlik ilk azərbaycanlı - ARAŞDIRMA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Nobeli almış hələlik ilk azərbaycanlı - ARAŞDIRMA

8925    |   2018-10-13 19:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Maraqlıdır ki, biz görəsən, Nobel mükafatı qazanmış həmyerlimizi tanıyırıqmı? Əslən yəhudi olan, ancaq Bakı Dövlət Universitetində təhsil alan və bir müddət Azərbaycanda yaşayan bu dahini nə qədər tanıyırıq?

Lev Davidoviç Landau 1908-ci ildə yəhudi ailəsində dünyaya göz açıb. Atası neft mühəndisi olub. Neftin çıxarılması barədə bir çox nəzəri məqalələr yazıb.

Landau 1916-cı ildə anasının müəllim işlədiyi Bakı yəhudi gimnaziyasında təhsil alıb. On iki yaşında differrensial tənliyi, on üç yaşında inteqralları həll edə bilirdi. Landau on dörd yaşında Bakı Dövlət Universitetinin eyni vaxtda iki fakültəsinə daxil olur. Kimyanın daşını atan Landau özünü fizikaya həsr edir. İki il Bakıda təhsil alandan sonra xüsusi istedadını nəzərə alıb onu Leninqrad (indiki Sankt-Peterburq Dövlət Universiteti) Universitetinə yollayıblar. Artıq 1926-27-ci illərdə nəzəri fizikayla bağlı məqalələri çap olunur.

On doqquz yaşında Landau "Kvant nəzəriyyəsi”nə böyük töhfə verir. Onun gətirdiyi anlayış Kvant statistikasında mühüm yer tutur.

Üfüq genişlənir

Landau artıq bir ölkəyə sığmırdı və öz nəzəri biliklərini artırmaq üçün Almaniyaya, Danimarkaya, İngiltərəyə elmi ezamiyyətə yola düşür. Berlin Universitetində Albert Eynşteynlə, Kopenhagendə isə Nils Borla tanış olur.

Çox sonralar Nils Bor Landaunu özünün yaxşı tələbəsi hesab edəcək. Kembric Universitetində isə Pyotr Kapitsa ilə tanış olur. Nils Bor Landaunun istedadını görüb Rokfeller Fonduna müraciət edərək, onun elmi ezamiyyətinin uzadılmasına nail olur.

Həbs

SSRİ-də Siyasi rejim sərtləşmişdi. 1929-cu ildə Landaunun atası Bakıda həbs olunur. Əsas ittiham bu idi ki, David Landao inqilaba qədərki qızıl pulları qanunsuz saxlayırmış. Dostlarının köməyi ilə dövlətə müvafiq məbləğ ödədikdən sonra Landau həbsdən buraxılır. Lev Landau xaricdən qayıdır.

Leninqradda alimlərlə yola getməyən Landau Xarkova yola düşür. Kafedra müdiri vəzifəsinə qədər yüksələn Landau özünün şıltaqlığı və tələbə qızlara göz qoyması ucbatından universitetdən uzaqlaşdırılır və Moskvaya gəlir.

Kapitsayla birgə çalışmağa başlayır. Siyasi rejim artıq repressiyalara başlamışdı. Artıq bir çox tanınmış fiziklər həbs olunub güllələnmişdi. Landau Stalin rejimi ilə razılaşmırdı və onun əleyhinə yazılmış çağırış vərəqəsini həvəslə redaktə edirdi. Lakin çox keçmir, işin üstü açılır və Landau həbs edilir.

Azadlıq

Landaunun azad olunması üçün Nils Bor və Pyotr Kapitsa işə qarışırlar. Kapitsa şəxsən Lavrenti Beriya ilə görüşərək onun azad olunmasını xahiş edir. Həbsdən azad olunduqdan sonra ömrünün sonuna qədər Landau Fizika Problemləri İnstitutunda çalışmağa başlayır. SSRİ-də yaradılan atom layihəsində iştirak edən əsas simalardan biri olur. Fizika elminin nəhəng siması hesab olunan Landau ən mürəkkəb sahələri araşdıraraq elmə əvəzolunmaz töhfələr verib.

Qəribə adam

Gənclik dövründə Landau and içmişdi ki, nə siqaret çəkəcək, nə də spirtli içki içəcək. Ailəni kooperativ qəbul edirdi və məhəbbətlə əlaqəsi olmadığını deyirdi. 1934-cu ildə o, Anqordiya Drobansova ilə faktiki nikaha girir. Çünki, o qadın, Landauya söz verir ki, onu heç vaxt qısqanmayacaq. Landau "bir-birinə hücum etməmək” haqqında pakt hazırlayır və orda qeyd olunur ki, ər-arvad hər ikisi kənarda məhəbbət macərası yaşaya bilərlər. Rəsmi nikaha yalnız 12 il sonra daxil olurlar. Fiziki nəzəriyyələrin müəllifi Landau həm də "Səadət nəzəriyyəsi”nin müəllifi idi. O hesab edirdi ki, hər kəs xoşbəxt olmağa borcludur. Bunun üçün 3 şey lazımdır: işləmək, sevmək və insanlarla ünsiyyətdə olmaq. Dahi fizik həmişə deyirmiş ki, məni ilk zorlayan qadın həyat yoldaşım olub. Landau qadınlarsız yaşaya bilmirdi. Onun saysız-hesabsız məhəbbət macəraları olmuşdu və hətta o səviyyəyə çatırdı ki, tələbələrinin həyat yoldaşları ilə də macəra yaşayırdı. Onun məşhur tələbələrindən biri xatirələrində yazırdı: "Mən dissertasiya müdafiə eləməli idim və Landaunun rəyi lazım idi. Moskvaya gəldim və Landauya müraciət elədim. Akademik mənə rəyin əvəzinə qız tapmağı təklif etdi. Mən tanımadığım şəhərdə dolaşıb qız axtarırdım.”

Həftənin yalnız bir gününü həyat yoldaşına həsr edən Landau sevişmək üçün uzağa getmirdi, qadınları evinə gətirirdi. İllərlə Landaunun etdiyi xəyanətlərə dözən həyat yoldaşı ən axırda dilə gəlir və tələb edir ki, daha evdə sevişməsin, özünə başqa yer tapsın. Qəzaya düşən günü Landau öz tələbəsinin həyat yoldaşı ilə bir yerdə sevişmək üçün bağa yola düşür və müdhiş qəza o yolda baş verir. Sonralar həyat yoldaşı xatirələrində peşmançılıq hissi keçirdiyini yazırdı: "Əgər mən imkan versəydim o evdə sevişsin, qəzaya düşməzdi.”

Nobel və ölüm

1962-ci ildə Landau avtomobil qəzasına uğrayır. Bu əqzadan sonra alim üç ay komada olur. Bütün dünya fizikləri onun müalicəsi üçün müraciətlər edirlər.

Ən maraqlı fakt isə budur ki, qaydalara əsasən Nobel mükafatı qalibə kənar yerdə təqdim edilmir. Bu istisna yalnız Landau üçün edilib. 1962-ci ilin sentyabr ayında SSRİ Elmlər Akademiyasının xəstəxanasına köçürülmüşdür. Həmin ilin noyabrında Landau ona Nobel mükafatı verilməsi barədə teleqram alır. Nobel Komitəsinin tarixində ilk dəfə olaraq xüsusi hal kimi məşhur fizik Lev Landaunun Stokholma gedə bilməməsi nəzərə alınır və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir.

Onun elmi nailiyyətləri arasında kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizminkvant nəzəriyyəsi, ifrat axıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidləri, ifrat keçiriciliyin Qinzburq – Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü və iki-komponentli neytrinoların nəzəriyyəsi misal göstərilə bilər.

Xatırladaq ki, Landau ifrataxıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür

Uzun müddətdən sonra Landau özünə gəlir, amma beyin travması alan akademik artıq elementar riyazi hesablamaları belə apara bilmir.

1968-ci ildə dahi fizik Moskvada gözlərini əbədiyyən yumur....

Ayxan Ayvaz



İmza:
SON XƏBƏRLƏR
2018-12-14
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (79.8%)
"Arsenal" (20.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK