adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Oktyabr 2018 10:02
7506
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SÜKUTUN DİQTƏSİ...

Bu gecəni çıxart , at
Qara paltarın kimi...
Tanış gəlsin , bu həyat -
Yara ,- paltarın kimi...

Unutdum...
yazıb , dayan
Yaramdan basıb , dayan...
Ümidi , asıb , dayan _
Hara ? - paltarın kimi...

Olmadım , hədər atlı...
Mən yorğun , qədər atlı!
"Ah" çəkmə, kədər adlı -
Vara , paltarın kimi!...