Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | ƏHALİNİN KEYFIYYƏTLI ENERJİ TƏMINATI: GÖRÜLMÜŞ İŞLƏR, REAL VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR Adalet.az | ƏHALİNİN KEYFIYYƏTLI ENERJİ TƏMINATI: GÖRÜLMÜŞ İŞLƏR, REAL VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

ƏHALİNİN KEYFIYYƏTLI ENERJİ TƏMINATI: GÖRÜLMÜŞ İŞLƏR, REAL VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR

2015    |   2018-10-12 00:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən əsrin 90-cı illərində Sovet İttifaqı dağılanda, respublikada elektrik şəbəkələrinin böyük bir qismi istismara yararsız vəziyyətdə idi. 1949-1954-cü illərdə istismara verilmiş 220kVt-luq Min-gəçevir-1 və Mingəçevir-2 birzəncirli elektrik xətləri ötən əsrin 80-ci illərində qismən bərpa edil-sə də, sonralar artan tələbat və xətlərin hədsiz yüklənməsi enerjinin fasilələrlə verilməsi ilə nəti-cələnmişdi. Rəsmi məlumata görə, 200-dən artıq yarımstansiyanın və ötürücü elektrik xətlərinin (təxminən 100 min km.) əksəriyyəti enerji təminatının təhlükəsizliyi tələblərinə cavab vermir, sistemdə yaranan nasazlıq səbəbindən vaxtaşırı ölkənin enerjilə təminatında fasilələr yaranır, itkilər artır, nəticədə sənaye, kənd təsərrüfatı və kommersiya sahəsində regional tarazlıq pozulur, məşğulluq əngəllənir, iqtisadi artım zəifləyir, problemin həlli enerji sisteminin müasir texniki tələblər çərçivəsində yenilənməsini və elektrik enerjisi istehsalının artırılmasını tələb edirdi.
H.Əliyevin enerji sahəsində dövlət strategiyası, hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə formalaşmışdı. Ulu Öndər Azərbaycanı enerji asılılığından qurtarıb müstəqil siyasət yürü-dən dövlətlər sırasında görməyi arzulayırdı. Bu gün istehsal edilən enerjinin böyük bir qisminin (2400Mvt) 1981-ci ildə qurulmuş "Azərbaycan"İES-in payına düşməsi də, bununla bağlıdır.
Xarici ölkələrə səfərlərində elektrik enerjisi təsərrüfatının yenilənməsi məsələsini də müzakirə edən H.Əliyevin təşəbbüsü ilə bu sahədə Avropa Yenidənqurma və İnkişaf, İslam İnkişaf, "Ba-yerişe Landesbank Eirosentrale"( Almaniya) və Beynəlxalq Əməkdaşlıq (Yaponiya) banklarının kreditləri hesabına ümumi gücü 3500MVt olan Mingəçevir SES yenidən qurulmuş, Yenikənd (150MVt), Ağcabədi (330kVt) və Bərdə (110kVt) yarımstansiyalarının inşası başa çatdırılmış, Ağcabədi-İmişli EVX (330kVt) çəkilmiş, Bakı İEM-də hər birinin gücü 53,5MVt olan iki qaz--turbin qurğusu,"Şimal"ES-də buxar-qaz enerji bloku (400 MVt) qurulub istismara verilmişdir.
H.Əliyevin siyasi xəttini davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr-də qəbul olunmuş"Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" və "Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi və yeni resursların yaradılması istiqamətində mühüm addım oldu. Proqram əsa-sında enerji sektorunda generasiya gücü 3900 MVt-a (ümumi g.g. 6,5 min MVt) çatan 30-dan çox istilik və su ES-ları (Astara, Şəki, Xaçmaz və Naxçıvan, Bakı, Quba, Səngəçal və s.), 1500-dən artıq YS tikilib istismara verilmiş,"Azərbaycan" İES-nın 4 və 5-ci bloklarının gücü 2x330MVt-a çatdırılmış, Naxçıvanda gücü 22MVt olan Günəş ES, Abşeronda 525MVt olan İES-nın təməli qoyulmuşdur. YS və paylayıcı şəbəkələrdə fasiləsiz enerjiötürməni təmin edib itkiləri azaltmaq, keyfiyyəti yüksəltmək məqsədilə əsaslı təmir-bərpa işləri aparılmış, köhnə EVX və ötürücü avadanlıqlar yenilənmiş, "Göyçay" və "Balakən"(1,4 MVt) ES-ları istismara verilmişdir. 1-ci və 2-ci "Nizami" hava xəttinin 1,69 km hissəsi (220kVt), 4-cü "Ramanı" hava xəttinin 1,5 km hissə-si (110 kVt) kabelləşdirilmiş,"Müşfiq"YS-sı yenidən qurulmuş, modul tipli kiçik ES-ların istismara verilməsi ilə ölkənin enerji təminatında disproporsiya aradan qaldırılmışdır.
Azərbaycanı RF (330 kv-luq "Dərbənd-Yaşma" xətti), Gürcüstan (330 kv-luq "Ağstafa-Qar-dabani", Türkiyə (154/220 kv-luq "İqdır-Babək" xətti) və İranla (330 kVt-luq II "Parsabad, 220 kv-luq "Astara", 132 kv-luq "Araz", 132 kv-luq "Culfa" yüksək gərginlikli hava və 11 kv-luq ka-bel xətti) birləşdirən EX-ləri yenilənmiş, Qərbdə və Cənubda 220, 330kV-luq YS-lar, Qərbdə 500kV-luq "Muxranis-Vəli" EVX, Şimalda 330kVt-luq "Xaçmaz" YS-sı quraşdırılmış, ötürücü infrastrukturun təkmilləşdirilməsi istiqamətində aparılmış islahatlar enerjisistemin dayanıqlılığını təmin edib ölkənin regional əməkdaşlıq sahəsində texniki imkanlarını genişləndirmişdir. Azər-baycanla İİR arasında imzalanmış "Energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında"sazişə əsasən Araz çayı üzərində (Naxçıvan MR) inşa edilməkdə olan "Xudafərin" və "Qız Qalası"SES-lərin tikintisi bu ölkələrin hər biri üçün ildə 820 mln. kVt/saat, "Ordubad" və "Marazad" SES-lərin tikintisi 100 milyon kVt/saat enerji istehsal edilməsi deməkdir. 330kV-luq "Muğan"("İmişli-Parsabad") EVX-nin istismara verilməsi üçün bütün zəruri məsələlər həllini tapmış, ötürülməsi planlaşdırılan enerjinin həcmi və qiyməti müəyyənləşmişdir.
Rusiya, Gürcüstan, Türkiyə və İranla əməkdaşlıq, eləcə də, Türkiyə vasitəsilə Yunanıstan və Bolqarıstana 700 MVt-a qədər enerji ixracı ilə bağlı danışıqlara başlanılması, Azərbaycanın Avro-panın enerji bazarına inteqrasiyasına yol açmışdır. Artıq, bu layihələr çərçivəsində 500/400/220-kVt-luq "Axaltsixe"YS-sı, Gürcüstanı Türkiyə ilə birləşdirən 400kVt-luq yüksək gərginlikli el-ektrik xətti və 500kVt-luq Samux-Qardabani xəttinin çəkilib istismara verilməsi, Azərbaycanın neft və qazla yanaşı, elektrik enerjisi ixracını da genişləndirmək istiqamətində irəlilədiyini göstərir. Bu da, yeni enerji bazarlarının mənimsənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Asiya İnkişaf Bankının dəstəyi ilə hazırlanmış "Enerjiötürmənin Yaxşılaşdırılması" layihəsinin qüvvəyə minməsi ilə enerji şəbəkələrinin bərpası, enerjiyə qənaət və səmərəliliyin artırılması, alternativ enerjidən istifadə istiqamətində genişmiqyaslı işlərə start verilmişdir. Hesablamalar, ölkənin illik 800 MVt-a yaxın külək enerjisi ehtiyatına (ildə 2,4 mild. kVt/saat) malik olduğunu təsdiqləyir. Maya dəyəri, ekoloji təmizlik və tükənməzlik baxımından daha sərfəli olan bu enerji ildə 1 mln. tona yaxın yanacağa qənaət etməyə imkan verir. Əlverişli coğrafi mövqe və iqlim şəraiti alternativ enerji mənbələrindən istifadəni genişləndirməyə şərait yaratdığından 2030-cu ilə-dək külək, günəş, termal sular, biokütlə və s. vasitəsilə istehsal olunan enerjinin həcminin 30%-ə ("Avropa İttifaqı-2020" strategiyasının başlıca hədəfi bu göstəricinin 20%-ə çatdırılmasıdır) çatdı-rılması planlaşdırılır ki, bu da respublikada energetikanın inkişafına yeni impuls verir.
Yeni ES-larının tikilməsi, EVX-ləri və qazötürücü boruların, texniki avadanlığın yenilənməsi, habelə enerji istehsalında neftin təbii qazla əvəzlənməsi (97,8%) nəticəsində enerji itkisi bir qədər azalsa da, ötürücü xətt və YS-ların əksəriyyətinin istismar müddətini başa vurması və Abşeron yarımadasına EE-nin yüksək gərginlikli xətlərlə iri sənaye şəhərlərindən uzaqda yerləşən ES-lardan (Qərb, Cənub bölgələrindən) ötürülməsi təchizatın etibarlığını azaldır. Bakının Mingəçevir ES-dən enerji asılılığının minimuma endirilməsi üçün isə, generasiya gücünün 4000-5000 MVt artırılması tələb olunur. 2018-ci ilin 1-ci rübünün sosial-iqtisadi göstəriciləri texniki itkilərin "Azərişıq" üzrə 9,6 faiz (Bakı 7,8, regionlar üzrə 11,4 faiz) təşkil etdiyini, yığımın 93 (Bakı 99, regionlar 87 faiz), vergi və büdcə ödənişlərinin 100 faiz təmin olunduğunu göstərir. Paylayıcı şə-bəkələrin yenilənməsinə qoyulan investisiya az müddətdə özünü doğrultmuş, itkilər azalmışdır.
Aparılmış islahatlar nəticəsində enerji sektorunun ümumi generasiya gücü 7149 MVt-a çatdırıl-mış, ölkədə cəmi 24,7 mlrd. kVt/s enerji istehsal olunmuşdur ki, bunun da 93,4 %-i İES-lərin, 6,6 %-i SES-lərin payına düşür. Bu da, enerjiyə olan illik təxminən 18 mild. kVt/saat daxili tələbatı ödəməyə və ölkə xaricinə 2 mild. kVt/saata yaxın enerji ixrac etməyə imkan vermişdir.
Ölkənin dinamik iqtisadi inkişafı, Bakı və şəhərətrafı ərazilərdə şəhərsalmanın böyük vüsət alması enerji daşıyıcılarına olan tələbatı əhəmiyyətli dərəcədə artırır. Bu da yanacaq-energetika kompleksinin müasir texnoloji avadanlıq və yüksək ixtisaslı kadrlarla təchiz edilməsini, enerji da-şıyıcılarının emalı və nəqli prosesində baş verə biləcək qəzaların və atmosferə atılan zərərli tullan-tıların qarşısının alınmasını tələb edir. İstehsalın səmərəliliyi enerji sərfi üzrə dövlət standartları və normaların, tarif və qiymətlərin təkmilləşdirilməsi, normadan artıq enerji sərfi üçün qüvvədə olan qiymət və tariflərə müvafiq əlavələrin tətbiq edilməsi yolu ilə təmin edilir. Beynəlxalq təcrübə energetika sahəsində itkilərin azalması, enerji satışı üzrə yığımın səviyyəsinin qaldırılması və etibarlılığın yüksəldilməsi baxımından ən optimal variantın bu sahədə özəl sektorun iştirakına şərait yaratmaq olduğunu göstərir. İnvestisiya qoyuluşunun paylayıcı sektora yönəldilməsi və şəbəkələrin yenilənib gücləndirilməsi istehlakçılara göstərilən xidmətin keyfiyyətini artırır. 220 kv-luq beş qovşağı (dairəvi sxem) əlaqələndirən 6 ədəd 110 kV-luq və 43 ədəd 35 kV-luq YS, 22 ədəd 110 kV-luq, 77 ədəd 35 kV-luq, 2 min 10 kV-luq transformator məntəqəsinin inşa edilməsi, hava xətlərinin kabel xətlərlə əvəzlənməsi və şəbəkələrin SCADA sisteminə qoşul-ması, 29 min km. EX-nin çəkilməsi Abşeronda ifrat yüklənməni qismən də olsa, aradan qaldırır.
Telefonla xəbərdarlıq və "SMS" xidmətləri abunəçiləri şəbəkəyə olan borclarla bağlı məlu-matlandırır, ödəmələr bankomat və poçtlarda "APUS" və "Paypoint" proqramları vasitəsilə yeri-nə yetirilir, "Azərişıq"la birgə fəaliyyət göstərən "ASAN xidmət" və "ASAN Kommunal" mər-kəzlərində abunəçilərdən müraciətlərin qəbulu, borclara baxılması və ödənilməsinə dair arayışın verilməsi daxil olmaqla 12 növ xidmət göstərilir. Bütün bunlar, enerji satışından gələn vəsaitin, yəni, yığımın səviyyəsinin daha da artması və itkilərin azalması, "Doing Business"in dünya inves-tisiya reytinqini müəyyən edən hesabatlarında ölkənin reytinqinin yüksəldilməsi deməkdir.
"Azərişıq"da işçilər üçün zəruri şərait yaradılmış, müasir texniki avadanlıqlarla təchiz olunmuş 29 ədəd bina inşa edilmiş və orta aylıq əməkhaqqı 710 manata çatdırılmışdır. MDX-ndə əhatə dairəsi hər il genişlənən "SCADA" sistemindən istifadə edilməklə yüksək gərginlikli YS və xət-lərin məsafədən idarəedilməsi təmin edilmiş, 44 ədəd 110 kV-luq, 167 ədəd 35 kV-luq YS-lar və 5 mindən çox transformator məntəqəsi inşa olunmuş, 54 min km hava və kabel xətti çəkilmiş, 230 minə yaxın ağac dayaq dəmir və ya beton dayaqlarla, alüminium naqillər özünüdaşıyan naqillərlə əvəzlənmiş, 1 milyon 600 mindən artıq müasir tipli sayğac ("smart") quraşdırılmışdır.
Görülmüş işlər və yaxın gələcəkdə həyata keçirilməsi gözlənilən layihələr, müasir texnologi-yaların tətbiqi ifrat yüklənmə və qəza hallarını minimuma endirib enerji sisteminin dayanıqlılığını, şəbəkələrin qəbuletmə qabiliyyətini artırmaqla ölkənin dinamik inkişafını təmin edəcək.
Peşəkar kadrların formalaşması və beynəlxalq təcrübənin öyrənilməsi də enerji təminatının eti-barlılığını artırır. Tədris Mərkəzində ixtisaslı gənc kadrların hazırlığı və yeni texnologiyaların tət-biqi işi davam edir, treninqlərə yerli mütəxəssislərlə yanaşı xarici ölkələrdən peşəkarlar da dəvət olunur, bu sahədə kadr hazırlayan ali və orta texniki peşə məktəbləri də "Azərişıq" ASC-nin TM-nin imkanlarından istifadə edirlər. Görülmüş tədbirlər uçotun təkmilləşdirilməsini, müəssisənin ("Azərişıq") rentabelliyini, təminatın etibarlılığını və enerji təhlükəsizliyini təmin edir.
Cəbhəyanı ərazilərdə yaşayan əhalinin enerji təminatının yaxşılaşdırılması üçün Tərtər, Cəbra-yıl rayonu ərazilərində 35 kV-luq "Cocuq Mərcanlı" və Qazax ("Daş Salahlı") rayolarında 110 kV-luq YS-lar, Gəncə şəhəri və Qax rayonunda 2 ədəd 110 kV-luq və 5 ədəd 35 kV-luq YS-lar inşa edilib. Tərtər, Lənkəran, Qəbələ, İsmayıllı, Ağcabədi, Ağdaş, Sabirabad və Cəlilabad rayon-larında əlavə 9 ədəd 110 kV-luq YS-ların tikintisi yekunlaşmaq üzrədir."Azərişıq"ASC-nin ba-lansına verilmiş Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən külək ES-nda Almaniyanın bu sahədə ixtisaslaşmış "Berlin VİND" şirkəti mütəxəssislərinin iştirakı ilə təmir-bərpa işləri gedir.
Ölkədaxili enerji sərfinin növbəti 10 ildə təxminən 3 % ətrafında artacağı proqnozlaşdırılır. Ya-xın perspektivdə iri sənaye müəssisələri və pilot layihələr üzrə yeni yaşayış komplekslərinin tikintisi, Bakı metropoliteninin stansiyalarının sayının 23-dən 70-ə qədər artırılması,"Qolf Kompleksi","Aypara" və "Ağ Şəhər" layihələrinin davamı olaraq Füzuli meydanı və "Sovetski" adlanan ərazidə yenidənqurma işlərinin aparılması planlaşdırılır. İnşa ediləcək çoxsaylı binaların və yol infrastrukturunun enerji təminatı ilə bağlı 1ədəd 110 kV-luq YS və 110 kV-luq ikidövrəli kabel xəttinin çəkilməsi, paytaxtın su və kanalizasiya sisteminin yenidən qurulmasına tələbat yaradır."Regionların inkişafına dair 2014-2018-ci illər üzrə Dövlət Proqramı"na əsasən enerji təc-hizatının yaxşılaşdırılması üçün artıq 5 ədəd 110 kV-luq (Hacıqabul, Neftçala və s.), 17 ədəd 35 kV-luq (Samux, Goranboy və s.) YS tikilib, 110 km-dən çox EX çəkilib və 450 ədəd transfor-mator məntəqəsi quraşdırılıb. Deməli, istehlakçıların tələbatı ödənilməklə yanaşı, pambıq tədarü-kü və emalı müəssisələri, texnopark və Sənaye məhəllələri də fasiləsiz enerji ilə təmin ediləcək.
2020-ci ilədək Azərbaycanda adambaşına düşən ÜDM-in həcminin iki dəfə (təxminən 13000 $), EE istehsalının 2500 kVt/saata qədər artacağı, əhalinin 99,9%-inin EE-dən istifadə edə biləcəyi proqnozlaşdırılır. Respublika enerji sahəsində asılılığı dəf edib enerji ixrac edən ölkəyə çevrilsə də, hələ qarşıda çatmalı olduğumuz hədəflər var, məs.: ES-larının adambaşına düşən istehsal gücü RF-da 1,35 kV, Qazaxıstanda-1,25 kV, Avropa İttifaqında-1,3-3 kV olduğu halda, bizdə 0,75 kV, elektrifikasiya səviyyəsi 100%-dən aşağıdır. 6 regionu əhatə edən "İnkişaf və yenidənqurma proqramı"nın icrası ucqar bölgələrin də enerji ilə fasiləsiz təmin olunmasına, su-vurma sistemləri, sənaye və turizm obyektlərinin də təchizatının yüksəldilməsinə kömək edəcək.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənmiş "Az-ərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik, istilik enerjisi, su, qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə növbəti 5-10 il üçün planlaşdırılan investisiyalarla istehsal gücünü 19%, həcmini 1000 MVt-a qədər artırmaq nəzərdə tutulmuşdur. Generasiya gücünə tələbat ölkənin inkişaf tempi, sənayeləşmə səviyyəsi və əhalinin artım tempi əsasında müəyyənləşdiyindən, artım sabit olacağı təqdirdə, bu enerji təhlükəsizliyini təmin edən səviyyə kimi səciyyələndirilir.
Əldə olunan nailiyyətlər, bu gün dünyanın fovqəlgüc mərkəzlərinin regionda toqquşan maraq-larını uzlaşdırıb balanslı siyasət yürüdərək dövlətlərarası münasibətlərdə bərabərhüquqlu tərəfdaş kimi qəbul olunan Azərbaycanın beynəlxalq aləmdə özünü müstəqil dövlət kimi təsdiqləməsini təmin edib. Görülən işlər, qazanılan uğurlar və Azərbaycanın elektrik enerjisi ixrac edən regional gücə çevrilməsi, perspektivləri H.Əliyevin bir neçə yüzilliyə hesablanmış enerji strategiyasının təntənəsidir. Müasir tipli neft-kimya, nəqliyyat-logistika, gəmiqayırma müəssisələrinin təşkili, ti-kinti-abadlıq layihələrinin icrası, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, Abşeronda yeni yaşayış, istirahət və turizm komplekslərinin salınması və yarımadanın dayanıqlı təchizatı üçün zə-ruri infrastrukturun qurulması, YS-ların, onları qidalandıran və Bakının paylayıcı şəbəkələri ilə birləşdirən EVX-lərinin inşası və s. Bu mənada, AR NK-nin "2018-2020-ci illərdə Bakıda 220 kV-luq üç YS-nın inşası haqqında" 7 aprel 2017-ci il tarixli sərəncamı yeni istehsal sahələrinin ya-radılması, ölkənin yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi və aqrar sahənin, bir sözlə iqtisadiyyatın dinamik inkişafını təşkil etmək baxımından xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamı ilə 20 oktyabrın "Energetiklər Günü" elan edilməsi, əslində dövlət səviyyəsində bu sahədə çalışanların əməyinə verilmiş yüksək dəyərin ifadəsidir. Biz də, energetikləri peşə bay-ramları münasibətilə ürəkdən təbrik edir, onlara bu şərəfli işdə yeni-yeni nailiyyətlər arzulayırıq.

İradə Ələsgərova,
Əməkdar Mədəniyyət İşçisi,
tarix üzrə fəlsəfə doktoru

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün



İmza:
SON XƏBƏRLƏR
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (78.95%)
"Neftçi" (21.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK